30-07-2014 [10:15]
İki gün əvvəl Göygöl Mədəniyyət və Türizm İdarəsinin rəhbərliyinin göndərdiyi müraciət əsasında Mia.az-a yayımlanan «120 nəfər 1 nəfərə qarşı» başlıqlı yazıya sözügedən idarənin bu günlərdə vəziyəsindən azad olunan məsləhətçisi Şahin Məmmədov tərəfindən cavab gəlib.
Şahin Məmmədov idarə rəhbərliyinin göndərdiyi müraciətdə adları çəkilənlərin bəzilərinin ona qarşı imza atmadağını da iddia edərək, hətta onlardan bəzilərinin telefon nömrəsini də verib. Mia.az-ın onlarla danışmaq cəhdləri hələki alınmayıb.
Nə isə Şahin Məmmədovun da cavab haqqı olan müraciətini qısa ixtisarla yaymaqla, tərəflər arasındakı ziddiyyətdə kimin haqlı olduğunu oxucuların və aidiyyatı qurumların öhdəsinə buraxırıq:
Dövlət qulluğu keçdiyim
müddət ərzində heç vaxt barəmdə hər hansı intizam tənbeh tədbiri tətbiq
edilməyib. Göygöl rayon Gənclər və İdman idarəsi tərəfindən rayonda gənclər
siyasətinin həyata kəçirilməsində fəal iştirak ətdiyimə görə Fəxri Fərmana
layiq görülmüşəm.
Göygöl rayon Mədəniyyət və Turizm
şöbəsində işlədiyim müddət ərzində şöbə müdirim xanım Hümbətova 2013-cü ilin
fevral ayına qədər ZAUR MMC ilə -cü ilin fevral ayından etibarən isə ƏDİRƏF MMC
ilə alınan inventar və avadanlıqlar, görülən işlər müqabilində bu MMC lərin
hesabına pullar köçürülür. Bu MMC lərdən ƏDİRƏF MMC Göygöl Şəhər İnzibati
Dairəsi üzrə İcra Nümayəndəiyinin mühasibi Fəridə Məmmədovanındır. Hər ay
keçirilən maliyyə əməliyyatlarından sonra Fəridə Məmmədova ilə Şərqiyyə
Hümbətova bu əməliyyatlardan əldə etdikləri "qazancı" bölüşdürürlər.
Bir çox hallarda Fəridə Məmmədova "qazancı" gec
gətirdiyinə görə, bir hissəsini gecikdirdiyinə görə aralarında mübahisələr
yaranırdı. ƏDİRƏF MMC nin adı Fəridənin adının tərs oxunuşudur. Yəni bunların
heç bir maliyyə yoxlamasından qorxuları yoxdur. ƏDİRƏF MMC-nin hesabına
köçürülən pullar mədəniyyət obyektlərinin pərdələrinin, xalçalarının yuyulması,
elektrik naqillərinin dəyişdirilməsi adı ilə köçürülürdü və heç vaxt bu işlər
görülmürdü. Keçirilən(əslində keçirilməyən) tədbirlərin xərclərinin ƏDİRƏF MMC
tərəfindən həyata keçirildiyi qeyd olunur. 2013-cüiin iyun ayının 2 də mən
məzuniyyətdə olduğum zaman şöbə müdirim xanım Hümbətova məni talesimiyalı
uşaqlara qan vermək üçün işə çağırdı. Qanvermə aksiyasından sonra mənə
imzalamalı olduğum və ƏDİRƏF MMC ilə görülən işlərə görə olan aktlara imza
atmağımı istədi. Mən həmin aktlarda olan məbləğin 35-40 min manat olduğunu və
həmin aktlarda olan qiymətlərin 3-4 dəfə artıq yazıldığını görüb imza etməkdən
imtina etdim. Xanım Hümbətova mənə bu aktlara özümdə imza atıram, möhür vururam
cavabdeh mən özüməm deməyinə baxmayaraq yenə də imza atmadım. Xanım Hümbətova
bu aktlardakı qiymətləri artıq yazmaq səbəbi kimi gələn "qazanc”dan
"HƏRƏNİN ÖZ FAİZİ” olduğunu bildirdi. 2013-cü ilin iyun ayında məzuniyyətdən
qayıtdıqdan etibarən xanım Hümbətova mənə heç bir tapşırıq vermədi. Bu hal 5
avqust 2013-cü ilə kimi mən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinə müraciət edənə qədər davam etdi. Nazirlikdən isə heç kəs gəlib
göstərdiyim məsələləri yoxlamadı, yalnızca telefon vastəsilə birdə belə hallar
olmasın deyildi. Bu müraciətimdən sonra xanım Hümbətova mənə qarşı münasibətini
tamamilə dəyişdi. Məni şöbənin bütün işlərindən uzaqlaşdırdı. Sanki öz şəxsi
şirkətini idarə edirmiş kimi mənə tapşırıqlar verməməyə başladı. 2 iyun 2013-cü
il tarixdə imzalamadığım sənədləri isə aktdan adımı çıxardıb başqa bir adla,
eyni qiymətlərə sənədləşdirdi.
Kompyuter dəsti " Casper"
-- 400-500 manat -- 1380 manat kimi
Kompyuter dəsti "LC"---- 400-500
manat --- 1320 manat kimi
Notebook "Casper" ----- 500-600
manat--- 1246 manat kimi
Dinakort ---------
1800-2000 manat----- 4066 manat kimi
Stul
--------- 25-30
manat ---- 56 manat kimi.
Şkaf
---------- 150-180 manat -----
400-450 manat kimi
Tozsoran ----------
130-150 manat --------
256 manat kimi
Telefon aparatı
---------- 8-10 manat
----- 25-30 manat
kimi sənədləşdirildi.
Mənim öz şəxsi işimə baxmağıma icazə vermirdi. Bunun səbəbi isə şəxsi işimin
içinə yeni-yeni "akt" lar yerləşdirməsi idi. bu aktlar məndən
xəbərsiz yazılırdı və məndən heç bir izahat alınmırdı.
Mən
korrupsiyaya təkbaşına mübarizə aparmağa başlayanda bilirdim ki, xanım
Hümbətova məni işdən azad etmək üçün hər cür şər böhtandan istifadə edəcək, öz
vəzifə səlahiyyətlərindən istifadə edəcək. Amma axır-əvvəl bu məsələni ölkə
Prezidenti cənab İlham Əliyevin eşidəcəyinə də əminəm. 11 aprel 2014-cü il
tarixdə Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə
korrupsiya faktları barədə müraciət etdim. Bu müraciətimdən sonra xanım
Hümbətova məni işdən çıxarmaq fikrini qətiləşdirdi. Mənim barəmdə əvvəlki
tarixlərə "akt” lar yazıb, işçilər üzərində olan təsirindən istifadə edərək
onlara imzalatdırdı. Mənim işdən olunmağım üçün təqdimatımı Azərbaycan
Respubliksaının Mədəniyyət və Turizm Nazirliyinə göndərdi. Sağ olsun
nazirliyimiz də xanım Hümbətovanın xətrinə dəymədi və 17 iyul tarixdə mənim
dövlət qulluğuma xitam verdi. İşdən azad olma səbəbim kimi də nazirliyin
nüfuzuna xələl gətirməyimi göstərdilər.
Mən cənab Nazirdən soruşmaq istəyirəm.
Niyə?
Xanım Hümbətova hər ay iş
otağına gələn və Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində
olan bağlı klubların, kitabxanaların bağlı olduğunu öz qəzətlərində işiqlandırmamaq müqabilində rüsvət alıb
gedən "jurnalistlərin” yanında Naziriyi nüfuzdan salmağını görmür? Həmin
"jurnalistlərin" yanında boynu bükük durmaqdansa niyə bağlı kitabxana
və klubların açıq olması üçün tədbirlər görülmür?
Niyə?
Azərbaycan
Respublikasnın Mədəniyyət və Turizm nazirliyindən 2013-cü ildə gələn yoxlamanı
yola saldıqdan sonra xanım Hümbətovanin bütün mədəniyyət isçilərindən
YOXLAMAM GƏLMİŞDİ ONLARI YOLA SALANDA
XƏRCİM ÇIXDI deyib pul yığanda Nazirliyin nüfuzuna xələl
gəlmir?
Nazirlikdən gələn yoxlamanı tabeçilikdə
olan işçilərin gözündə
nə qədər nüfuzdan saldığını görməmək mümkün deyil.
Niyə?
Hər Yeni ildə və Novruz Bayramında xanım
Humbətovanın bütün işçilərdən NAZİRLİYƏ SƏBƏT
YOLLAYACAM deyib pul yığarkən Azərbaycan Respuplikasının
Mədəniyyət və Turizm Nazirinin və nazirliyin nufuzuna nə qədər xələl
gətirməyi nüfuza xələl gətirmək deyil?
Niyə?
Yeni işçiləri işə götürərkən
xanım Hümbətovanın həmin işçilərin təhsilinə, iş stajına, qabiliyyətinə
baxmadan hər birindən haqq alaraq işə götürdüyünü və hər birinə SiZLƏRİ
ATESTASİYA ETMƏSİNLƏR DEYƏ NAZİRLİYƏ VERƏCƏM dəməsi
və bununlada Nazirliyimizin nə qədər nufuzdan salınığını nüfuzdan salmaq
sayılmır?
Mən Sizin vastənizlə ölkə Prezidenti
cənab İlham Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran
Əliyevə müraciət edirəm. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri
xanım Hümbətova korrupsiya əməlləri ilə məşğuldur. Bu dediklərimi yoxlamaq üçün
müvafiq qurumlara göstərişlər verməyinizi xahiş edirəm».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi