29-07-2014 [12:56]
Salyanda icra başçısı Tahir Kərimovun göstərişi ilə həbs olunduğu haqda dövrü mətbuatda çoxsaylı yazı və bəyanatlar səslənmiş Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun həyat yoldaşı Sənubər Məmmədova tərəfindən Mia.az-a məktub daxil olub. Məktubda prezident İlham Əliyevə müraciət edin S. Məmmədova bir daha həyat yoldaşının şərləndiyini iddia edərək, kömək istəyib.
"Hörmətli Zaur müəllim!
Mənim yoldaşım Məmmədov Emil Salyan və ətraf rayonlarda fəaliyyət
göstərən,fəaliyyətinin məqsədi insan hüquqlarının qorunmasına köməklik etmək
olan, 2007-ci ildə rəsmi dövlət qeydiyyatından keçmiş Demokratiyaya Yardım
İctimai Birliyinin sədridir. Fəaliyyəti əsasən vətəndaşların sosial
hüquqlarının qorumaqdır.
Vətəndaşların yerlərdə həllini tapa bilməyən problemlərini
dövlətimizə güvəndiyi üçün cənab Prezidentə, Heydər Əliyev fondunda rəsmi
göndərirdi. Həmişə də cənab Prezidentdən, Heydər Əliyev fondundan müsbət cavablar
alırdı. Vətəndaşların yerli məmurlar tərərfindən tapdalanan hüquqları
dövlətimizin başçısı tərəfindən həll olunurdu. İki dəfə də Heydər Əliyev
fondunun prezidenti Mehriban xanım Əliyevaya qaraciyar çatışmamazlığından
əziyyət çəkən, az yaşlı uşaq da ürək
çatışmamazlığından əziyyət çəkən uşaq üçün əməliyyat olunması üçün Mehriban
xanıma müraciət olumuş və onlarınn ikisi də Mehriban xanımın köməyi ilə əməliyyat olunub, ailələrinə yenidən
qovuşmuşlar. Buna arxalanaraq yoldaşım Məmmədov Emil Salyan rayonunda büdcə
vəsaitlərinin xərclənməsindəki qanunsuzluqlarla bağlı ötən ilin dekabr ayının
26-da cənab prezidentə və fevral ayında isə korrupsiya halları barədə
adminstrasiya rəhbəri cənab Ramiz Mehdiyevə etdiyi rəsmi şikayətdən sonra
Salyan rayon icra başçısı tərəfindən toplantılarda xalq düşməni elan edildi.
Dəfələrlə yoldaşıma çatdırılmışdı ki, aqibəti pis olacaq. Belə də
oldu. Birliyin 4 aydır üzvü olan Tofiq Qasımov 04 aprel 2014-cü il tarixdə
əvvəlcə qondarma xuliqanlıq ittihamı ilə 10 gün azadlıqdan məhrum edildi.
Tutulduqdan sonra Tofiq Qasımovun YAP-ın üzvü olunduğu bilindi. Tofiq Qasımov
Salyanda fəaliyyət göstərən regional mərkəzin sədri Elçin Əzizovun yanına
gedərək, onun qohumu olan baş həkim haqqında niyə internet saytında yazı verdiyini
soruşubmuş. Bu zaman Elçin Əzizovun oğlu Orxan Əzizov Tofiq Qasımovu döymüşdür.
Onların ikisini də polis şöbəsinə aparmışlar. Lakin şöbədə Elçin Əzizovun oğlu
Orxan Əzizovu buraxmış, Tofiq Qasımovu həbs etmişlər.
....Aprel ayının 7-dən başlayaraq icra başçısı büdcə təşkilatlarının
rəhbərlərini yanına çağıraraq zorla polisə göndərərək birliyə qarşı şikayət
etdirib,qurama cinayət işi açdırıb. Polisə
göndərilmiş 30-a yaxın idarə müdirlərindən 13 nəfəri Tofiqin üzünü belə görmədikləri halda vəzifələrini itirməmək naminə müstəntiq
Əlibaxış Məmiyev tərəfindən qabaqcadan
hazırlanmış şikayətə qol çəkiblər, qalanlar isə vicdanlarının buna yol vermədiyini deyərək imtina ediblər. İş
o qədər kobud saxtalaşdırılıb ki, əvvəlcədən imza qoyulmuş
bütün ərizələr sonradan ayr-ayrı tarixlərə yazılıb. Guya yoldaşım Tofiqi
idarələrə göndərib tapşırıb ki, bizə ayda 200 AZN pul versinlər, yoxsa
əməllərini internetdə verəcəyik. Tofiq Qasımov polisdə üzləşmə zamanı Emilin
üzünə durub. Emil ondan soruşandakı niyə belə edirsən, sən heç bir idarə və müəssisəyə
getməmisən, elə bir hal olmayıb. Niyə mənə şər atırsan. Sən axı namaz qılırsan,
Allah qarşısında nə cavab verəcəksən? O da cavabında mən namazı dayandırmışam
deyib.
Polis şöbəsində ona qarşı təzyiq göstərilib ki, Emil müəllimin üzünə
dursun, səni azad edəcəyik. Anası Tahir Kərimovun yanında olarkən, Tahir ona
söz verib ki, Emili tutub Tofiqi buraxacağıq. Tofiq Qasımov təcridxanaya çatan kimi əmisinə zəng
vuraraq, deyib ki mənə polisdə Emil müəllimimin üzünə durmaq üçün təzyiq olundu.
Emil müəllimə deyin, məni bağışlasın. Mənə vəkil tutun. Vəkil Alayif Həsənov
bir günün içində iki dəfə salyana gələrək, Onun ailəsi ilə görüşüb müqavilə
bağlamaq istədi. Ancaq ailəsinə təzyiq
olunduğu üçün onlar qorxub vəkildən imtina etdilər. Allah da görür ki, bu
ittihamlar yalandır və icra başçısı tərəfindən
ondan şikayət etdiyi üçün qisas məqsədi ilə təşkil olunub. Sonra isə
məlum oldu ki, cənab Prezidentə, Prezident Administrasiyasına dekabr və fevral
aylarında etdiyi şikayətlərdə adlarını hallandırdığı
Salyan Telekomminikasiya qovşağının rəisi Faiq Nəcəfov (Tahir Kərimovun yaxın
qohumu) və Salyan Maliyyə İdarəsinin
rəisi Mahir Kərimov da guya Emil onlardan hədə-qorxu ilə pul tələb etdiyi üçün
şikayət ediblər. Əslində isə kobud şəkildə
təşkil olunmuş bu şərlənmə oyunu icra başçısı Tahir Kərimov tərəfindən
rayondakı qanunsuzluqlar barədə şikayətlərinə görə qisas almaq məqsədi olub.
Onu da sizə çatdırım ki, rayonda olan maliyyə yeyintilərini yoldaşıma
Maliyyə idarəsinin rəisi Mahir Kərimov çatdırırdı.
Mən şəxsən şahidi idim ki, Mahir Kərimov dəfələrə Emil evdə olarkən zəng vurub
imdad diləyib. O, Emilə bildirirdi ki, mənə məcburən böyük miqdarda vəsaitə qol
çəkdirirlər. Bütün alqı-satqı əməliyyatları kağız üzərində aparılsa da, həmin
vəsaitin mənimsənildiyini deyirdi. O deyirdi ki, bu böyük cinayətin üstü açılsa,
Tahir Kərimovla bərabər, məni də tutacaqlar. Emilə bütün daxili xəbərləri çatdıran
Mahir Kərimov polisdə Emilin üzünə durmamışdan 5-6 gün əvvəl ofisə gələrək
qapını arxadan bağlayıb, ona Emilə qarşı şikayət olunması tələb olunduğunu
deyib. O, böhtana getməməkdə israrlı olduğunu deyəndə başçı onu işdən çıxarıb, onun
yerinə Nicat Əsgərovu təyin edəcəyini deyib. Mahir də işdən çıxmaqdan qorxaraq
vəzifə hərisliyi, pul hərisliyi üstün gələrək yoldaşıma şər atmağı seçib və
polisdə yoldaşımın üzünə durub. Emil polisdə ona deyib ki, bütün bu yeyinti faktlarını mənə sən özün çatdırırdın,
indi utanmadan, Tahir Kərimovun
qorxusundan mənim üzümə durursan.
Yoldaşım öz hüquqların müdafiə etmək üçün bu oyunlar gedən vaxtı
Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Möhtərəm prezidentimizə
müraciət etmişdir.
Bütün rayon ictimaiyyəti də bilir ki, Emil, əslində möhtərəm
Prezidentimizin korrupsiyaya qarşı mübarizə əzmini dəstəkləyir. Yoldaşım
günahsız olduğu halda, Tahir Kərimovun göstərişi ilə həbs olunub. Mən
yoldaşımın günahsız olduğunu çox gözəl bilirəm. Onu axıra qədər müdafiə
edəcəyəm. Tahir Kərimov korrupsioner olduğu halda yoldaşımı şərləyib...
Emilin himayəsində 3 övladı, 75 yaşlı anası, birinci qrup əlil olan ruhi xəstə bacısı və doğulduqdan sonra doğum evində atıldığı üçün yoldaşımın valideyinləri tərəfindən övladlığa götürülmüş qız uşağıda var.
Mən ümid edirəm ki proses ədalətli keçəçək və Emil azadlığa buraxılacaq. Mən və övladlarım məhkəmədən ədalət gözləyirik. Heç bir günahı olmadan mənim yoldaşım üç aydı həbsdə yatır . Emılin günahı Salyanda olan korrupsiya hallarını Prezidentimizə çatdırmaq istəməsi olub. Emil dövlətimizi, xalqımızı sevən insandır. Möhtərəm Prezidentimizin korrupsiya ilə mübarizə əmin həmişə dəstəkləyib. Bu da Tahir Kərimova da bu xoş gəlməyib. Mən əminəm bu məktublar Möhtərəm Prezidentimizə çatsa, haqq - ədalət öz yerini tapacaq. Bizim övladlarımız ata həsrəti çəkməyəcək.
Səmimi hörmətlə: Sənubər Məmmədova”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi