"Onların əyinlərində forma var və belə danışa bilməzlər" - Seymur Baycan saxlanılıb

img

29-07-2014 [10:52]


Tanınmış yazar Seymur Baycan Qırmızı körpü (Sınıq körpü) sərhəd-keçid məntəqəsindən Azərbaycan-Gürcüstan sərhədini keçərkən saxlanılıb. 

Bu barədə "Qafqazinfo"ya yazıçının özü məlumat verib. Dediyinə görə, bu səhər gömrük əməkdaşları onu saxlayaraq bir saat sorgu-sual ediblər: "Mənimlə kobud davrandılar. İzah edə bilmədim ki, onların əyinlərində forma var və belə danışa bilməzlər. Kitablarımı yoxladılar və haralarasa zəng edəndən sonra sərbəst buraxıldım. İndi tədbirə gedirəm. Qayıdıb gələndən sonra bu işin üstünə düşəcəm". 

Seymur Baycan sorğu-sualdan sonra sərbəst buraxıldığını və sərhədi keçdiyini deyib. Lakin yazıçı Gürcüstana hansı tədbirdə işitrak etmək üçün getdiyini açıqlamaq istəməyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA