Azərbaycanlı şagirdlər ABŞ-da böyük uğurlara imza atıblar
10-01-2025 [18:57]
Azərbaycanı ABŞ-nin Texas ştatının Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında təmsil edən S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının şagirdi Aylin Aşurlu dünya çempionu olub.
Mia.az-ın məlumatına görə, “Global Olympiad Center”in təşkilatçılığı ilə azərbaycanlı şagirdlər ABŞ-nin Hyuston şəhərində keçirilən fizika-astronomiya və təbiət elmləri üzrə Beynəlxalq Kopernik Olimpiadasında böyük uğur əldə ediblər.
Olimpiadanın final mərhələsi 5-10 yanvar tarixlərində Rice Universitetində təşkil olunub və dünyanın müxtəlif ölkələrindən təxminən 300 şagird iştirak edib. Azərbaycanlı şagirdlər bu çətin elmi yarışda yüksək nəticələr göstərərək müxtəlif mükafatlar qazanıblar.
Məlumata görə, ümumilikdə, final mərhələsində Azərbaycanı 18 şagird təmsil edib:
"Onlardan 4-ü fizika və astronomiya, 14-ü isə təbiət elmləri üzrə mübarizə aparıb. Şagirdlərimiz dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılarla rəqabət apararaq bilik və bacarıqlarını nümayiş etdiriblər. Olimpiada çərçivəsində şagirdlərimiz Rice Universiteti ilə tanış olublar. Onlar Hyustonda yerləşən “Natural Sciences” Muzeyinə baş çəkiblər və NASA-da təşkil olunan xüsusi vorkşopda iştirak ediblər. Şagirdlərimiz burada kiçik raketlər hazırlayıb və ulduzları müşahidə ediblər. NASA-da olan şagirdlərimiz beynəlxalq səviyyəli tanınmış alimlərlə tanış olub və elmi müzakirələr aparıblar.
Azərbaycanlı şagirdlərin göstərdiyi nəticələr aşağıdakı kimidir:
Qızıl medallar:
Ziya Novruzsoy (Yaş kateqoriyası üzrə dünya çempionu)
Aylin Aşurlu (Yaş kateqoriyası üzrə dünya çempionu)
Mətanət Mustafayeva (Dünya üzrə ikinci yer)
Esma Nadirzadə (Dünya üzrə üçüncü yer)
Gümüş medallar:
Atilla Musayev
Fatimə Əzimova
Yusif Yusifli
Cəmila Fərəcova
Bürünc medallar:
Fərrux Rəhimli
Məhəmmədhəsən Əzimov
Zəhra Əzimova
Mikayil Əhmədbəyli
Üzeyir İsrafilzadə
Rüstəm Yaradanquliyev
Fəxri Fərman:
Fərrux Məhərrəmli
Xurşudbanu Abbaslı
Xədicə Qəhrəmanova
İştirak sertifikatı:
İsa İsmayılzadə
Qeyd etmək lazımdır ki, azərbaycanlı şagirdlərdən dörd nəfər dünya sıralamasında ən yüksək yerləri qazanıb.
Ziya Novruzsoy və Aylin Aşurlu dünya çempionu, Mətanət Mustafayeva dünya üzrə ikinci, Əsma Nadirzadə isə dünya üzrə üçüncü yerə layiq görülüblər. Şagirdlərimiz 13 yanvar tarixində Bakıya qayıdacaqlar. Onları hava limanında təmtəraqlı qarşılama mərasimi gözləyir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi