HƏMAS İsrailə meydan oxudu: "Biz artıq müharibəyə alışdıq, əgər əsirləri istəyirlərsə..."

img

10-01-2025 [10:40]


2023-ün oktyabrın 8-dən bəri İsrtailin amansız hücumlarına tab gətirən HƏMAS Hərəkatı böyük itkilərə baxmayaraq, qarşı tərəfə heç vaxt təslim olmayacaqlarını bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki bu barədə HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan Əlcəzairdə keçirdiyi mətbuat konfransında deyib.

O, bir daha İsrailə mesaj verərək, əsir mübadilə razılaşmasını imzalamağa çağırıb: "İsraillə əsir mübadiləsi müqaviləsi olmadan heç bir əsir geri verilməyəcək. Rəsmi və təminatlı anlaşma olmalıdır. İsrail öz əsirlərini, biz də əsirlərimizi almalıyıq. Bir daha bəyan edirik, belə razılaşma olmadan əsirlər əsla sağ verilməyəcək”.

Netanyahunun şəxsi iddiası və yalançı imic xəstəliyinin əsirlərin taleyini qaranlığa yuvarladığını iddia edən HƏMAS rəsmisi bildirib ki, israilin Baş naziri əsir və girovlarınazadlığöını birmənalı istəmir: "Netanyahu onların ölümü üzərinə siyasi oyun oynayır. Baş nazir qətiyyən əsirlərin azadlığını istəmir. Lakin deməliyəm ki, HƏMAS İsrailin nə və necə istədiyini deyil, yalnız öz şərtləri daxilində rəsmi sazişi gözləyir. Bir daha bəyan edirik, əgər israillilər əsirlərini geri istəyirsə, qarşılıqlı mübadiləyə razılıq verməli, Qəzzaya hücumu dayandırmalı və buradan çəilməyə qəbul etməlidir. Əls halda Fələstin xalqı olaraq hər hansı bir təhdid boyun əyməyəcəyik. Biz artıq müharibəyə alışdıq, canımızdan qorxmuruq. Bir an olsun, mübarizədən çəkilməyəcəyik. İşğala qarşı üzərimizə düşəni sona qədər edir, edəcəyik..."

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR