"Everton"un baş məşqçisi istefaya göndərildi - Açıqlama

img

10-01-2025 [00:04]


Bu gün İngiltərə Premyer Liqasında baş məşçşi istefası baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Everton"un baş məşqçisi Şon Dayş İngiltərə kubokunda "Peterborouz United"lə qarşılaşmaya saatlar qalmış istefaya göndərilib.

Bu barədə "Everton" klubu açıqlama yayıb.

Bildirilib ki, komandanın sükanı arxasına müvəqqəti olaraq U18-in məşqçisi Beyns və komandanın kapitan Koulman gətirilib.

Qeyd edək ki, "Everton" hazırda 17 xalla liqada 16-cı yerdə qərarlaşıb.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR