MSK: "Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək"

img

10-01-2025 [14:35]


Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Bildirilib ki, "exit poll" keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti "Təqvim planı"na əsasən, yanvarın 9-da başa çatıb: "Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb".

Xatırladaq ki, bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR