İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR (Yenilənib)
10-01-2025 [17:12]
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Litvanın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı 2022-ci ildə Litva Prezidentinin Azərbaycana, 2023-cü ildə isə özünün Litvaya rəsmi səfərlərini, ötən ilin sonunda Gitanas Nauseda ilə telefon danışığını, həmçinin bundan əvvəlki dövrlərdə Litvanın dövlət başçıları ilə təmaslarını məmnunluqla xatırladı, bunların ikitərəfli münasibətlərin inkişafında vacib rol oynadığını qeyd etdi.
Səfirə Azərbaycanda fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, onun səfirliyi dövründə əlaqələrin daha da genişlənəcək, əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar müəyyənləşdiriləcək.
Xoş sözlərə görə minnətdarlığını bildirən Kestutis Vaşkeleviçus Litva Respublikasının Prezidenti Gitanas Nausedanın səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Gitanas Nausedaya çatdırmağı xahiş etdi.
Səfir qeyd etdi ki, Litva Prezidenti onunla söhbəti zamanı Azərbaycanın oynadığı rolun önəmini vurğulayıb, ölkəmizlə əlaqələrin daha da möhkəmlənməsi istəyində olduğunu deyib, eyni zamanda, təyyarə qəzası ilə bağlı başsağlığını ifadə edib. Kestutis Vaşkeleviçus vurğuladı ki, Azərbaycan bu qəza zamanı xeyli sayda insanın həyatını xilas edən övladları ilə haqlı olaraq fəxr etməyə layiqdir.
Əlaqələrin tarixində iki ölkənin və xalqların bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını dedi. O, Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunduğunu vurğuladı. Səfir qeyd etdi ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.
O, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiklərini dedi, Litvanın Cənubi Qafqazda davamlı sülhü və inkişafı dəstəklədiyini vurğuladı.
Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Kestutis Vaşkeleviçus səfirlik fəaliyyəti dövründə münasibətlərimizin tarixində nümayiş etdirilmiş dostluq və həmrəylik ruhunda çalışacağını bildirdi.
Söhbət zamanı iqtisadiyyat, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri də müzakirə edildi.
***
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı ölkələr arasında çox fəal siyasi əlaqələrin genişləndiyini vurğulayaraq, Küveytə rəsmi səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Azərbaycan-Küveyt qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi və bunun üçün yaxşı imkanların olduğunu dedi.
Prezident İlham Əliyev Küveytin yüksək səviyyədə nümayəndə heyəti ilə COP29-da təmsil olunmasının və bu tədbir çərçivəsində Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşünü məmnunluqla xatırladı.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən səfir Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük fəxr hissi keçirdiyini bildirərək, Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabahın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə və Vəliəhdinə çatdırmağı xahiş etdi.
Səfir təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı bir daha Küveyt Əmirinin başsağlığını çatdıraraq, yaralananların tezliklə şəfa tapmasını arzuladı.
O, COP29-un yüksək səviyyədə təşkilinə və əldə olunmuş nailiyyətlərə görə Azərbaycana və dövlətimizin başçısına təbriklərini çatdırdı.
Söhbət zamanı siyasi münasibətlərin çox yaxşı səviyyədə olması, iqtisadi, ticarət və sərmayə sahələrində əlaqələrin inkişafı, hökumətlərarası komissiyanın iclasının keçirilməsi və iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məmnunluqla vurğulandı.
Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlığına toxunuldu, ölkələrin daim bir-birini dəstəklədiyi bildirilərək, bu xüsusda BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ formatında əməkdaşlıq qeyd olundu. Eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə də əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyi bildirildi.
Görüşdə son dövrlərdə qarşılıqlı turizmin və insanlararası təmasların daha da genişlənməsi məmnunluqla qeyd olundu.
“Azcake” MMC-nin sexində ciddi nöqsanlar aşkarlanıb
İmamolunun Suriyaya səfərini ləğv ediblər - İBB sədri razılıqdan 6 sonra qərarın dəyişməsinə "üsyan" elədi
Dövlət Reyestri Xidmətinin Abşeron şöbəsində "rüşvət əməliyyatı": tutulanlardan biri azadlığa buraxılıb, digəri isə...
Türkiyə ordusu İraqda əməliyyat keçirib
"Azərbaycan Dəmir Yolları"nda unikal təyinat - Rövşən Rüstəmov Kəmaləddin heyərovun vəzifədən azad etdiyi polkovnikə vəzifə verdi
BURAXILIŞ və MAGİSTRATURAYA İMTAHANLAR... - Tarixlər bəlli oldu
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim cəzalandırıldı: həm işindən oldu, həm də... - Qərar verildi (YENİLƏNİB)
SAHİL BABAYEVLƏ BAĞLI YENİ İDDİA: Maliyyə Nazirliyi, Vergi Xidməti, Gömrük Komitəsi birləşəcək və o...
Qəzzada savaş: daha 4 fələstinli həlak olub
Bakının üç rayonunda elektrik avadanlıqlarını oğurlayanlar tutulub
Elmlər və fəlsəfə doktorlarının maaşı artırıldı - Bu qədər
"Hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm" - Samir Şərifov yeni təyinatından danışdı
Baş prokuror vətəndaşları qəbul edib
Fatih Terim keçmiş tələbəsini istəyir - "Fənərbağça" azarkeşlərinin fitə basdığı müdafiəçi ilə danışıqlar başlayıb
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
YENİ QURUM YARADILDI - İlham Əliyev fərman imzaladı
MSK: "Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək"
Rəsmi Moskva: "Vladimir Putin Trampa görüşə hazırdır"
Sabahın hava proqnozu açıqlanıb
Qax rayon Məhkəməsinin hakimi vəfat edib
Ayxan Hacızadə: "Sosial media hesablarında xəbərdarlıq elanı və..."
Hakan Fidan qonşu ölkədə əməliyyat siqnalı verdi: "Fransa kimi ölkələrə əhəmiyyət vermirik, ya biz..."
193 nəfərə elmi dərəcə verilməsindən imtina olunub - CƏDVƏL
Prezident İlham Əliyev fərman imzaladı - Dəyişiklik
Boykotun təsiri: "Carrefour" bütün mağazalarını bağlayır
Əhəd Abıyev: "Sağlam adamam, idmanımda, işimdə-gücümdəyəm”
İlham Əliyev daha bir ölkə ilə sazişi təsdiqləyib
30 yaşlı qadın əməliyyatdan sonra komaya düşüb - Atası həkimi ittiham edir, həkim isə... (VİDEO, YENİLƏNİB)
“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!
Azərbaycan millisi Belarus yığması ilə oyun keçirəcək
İstanbulda İŞİD-ə pul yollayanlar saxlanılıb
İstanbulda "pat"ı istehsalçıları həbs edildi - Nazirdən açıqlama
Xaçmazda polis əməliyyatı: saxlanılanlar var
HƏMAS İsrailə meydan oxudu: "Biz artıq müharibəyə alışdıq, əgər əsirləri istəyirlərsə..."
Los Ancelesdə yanğın - Milli Qvardiya bölgəyə yeridilib
Tramp qubernatorlarla görüşdə: "Putin mənimlə görüşmək istəyir"