28-07-2014 [20:19]
Salyanda ara qarışıb. Məzhəb itib.
Bunu rayondan ard-arda gələn şikayət məktubları ilə bərabər, rayon icra hakimiyyətinin rəhbərliyi haqda dövrü mətbuatda dərc edilən çoxsaylı məqalələr də təsdiqləyir.
Dünən isə Mia.az-ın poçtuna Salyandan daha bir məktub gəlib. Torpaq alıb. Ev tikmək istəyən rayon sakini rayon rəhbərliyinin özbaşınalığından şikayətlənir. Məktubu olduğu kimi təqdim edir və məsələ ilə bağlı rayon rəhbərliyinin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk:
«Hörmətli redaksiya!
Mən Salyan rayonunda yaşayıram və bu yaxınlarda alqı-satqı yolu ilə 3 sot həyətyanı torpaq almışam.(notarius yolu ilə təsdiqlənmiş sənədim var). Məqsədim həmən yerdə özümə ev tikməkdir. Aldığım sənədin surətin də məktubla bir yerdə Salyan rayon icra başçısına göndərmişəm və hansı ünvanda torpaq almağımı və ev tikməyimə icazə vermələrini istəmişəm. 1 aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir cavab gəlməyib. Həmən vaxt şəxsən özüm başçının qəbuluna getdim və İcra başçısının tikinti məsələləri ilə bağlı heç bir vətəndaşı qəbul etmədiyini bildirdilər. Bəs rayonda halal pulumuzla aldığımız evi, götürdüyümüz kreditlə tikmək üçün nə etməliyəm soruşanda, mən 1 ay gözlə məktuba cavab gəlməsə, işinə başla dedilər. Mən də 1 aydan sonra yenicə işə başlamışdım ki, 1 həftə əvvəl həyətə 2 nəfər polis gəldi və məni qanunsuz tikinti apardığıma görə Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Kamil Əzizovun məktubu əsasında polisə dəvət etdilər və 1200 manat cərimə kəsdilər. Soruşanda ki, bu nə qanundur, niyə cərimə edirsiz? Axı, mən məlumat vermişəm və əlimdə də sənədim var. Tikintini aparmamaq və işi saxlamaq barədə mənə heç kim heç nə deməyib və də bildiriş göndərməyib. Bildirdilər ki, Salyanda bu dəqiqə kim iş görürsə, hamını cərimə edirlər. Yenə İcra Hakimiyyətinə getdim və mənə bildirdilər ki, başçı Tahir Kərimov xaricə məzuniyyətə gedib və avqustun 16-da gələcək.
Sonradan məlum oldu ki Şəhər Soveti (RİH başçısının şəhər ərazisi üzrə nümayəndəsi) Kamil Əzizov bütün rayon əhalisinin başına bu oyunu açır. Nə qədər insanlar var ki, mövsümlə əlaqədar tikinti aparmaq istəyirlər, ancaq heç kimə icazə vermirlər. Ancaq bəzilərindən isə böyük miqdarda pul alıb göz yumurlar. Hətta 40-50 il eyni ünvanda yaşayan hər bir sənədi olan vətəndaşlar köhnə evlərini söküb yerində yeni ev tikmək istəyənləri də işini saxlatdırırlar. Polisə verirlər, qeyri-qanuni güc tətbiq edirlər. Cərimə kəsirlər, qorxudurlar. Kim ki, şəxsən Kamil Əzizovdan soruşur, bunun başçının tapşırığı olduğunu söyləyir. Amma rüşvət verəndə isə sənə "get işini gör, mənlikdir” deyir. Hətta bu yaxınlarda rayonda bir evin hasarın tikən usta və fəhləni Kamil Əzizovun şikayəti əsasında polis şöbəsinə aparıb, 1 gün saxlayıb xəbərdarlıq etdikdən sonra buraxıblar. Bu dəqiqə rayonda hamı bu mövzudan danışır. Nə qədər insanlar var ki, buna etiraz əlaməti olaraq aksiya keçirmək və ya prezidentə müraciət etmək haqqında fikirləşirlər.
Mən də həmin vətəndaşlardan biri Cənab prezidentə burdan müraciət edirəm ki bəs icra başçıların ev tikintisi ilə bağlı sərəncamın yığışdırdıqların ev tikən insanların heç bir icazə almaması haqqında milli məclisin qəbul etdiyi qanunu Salyanda sayan yoxdur. Biz bir neçə insanlar adi kasıb evimizi tikməyə imkan vermirlər, pul istəyirlər, amma Başçı rayonun ortasında (Xəlil Rzanın abidəsi ilə üz-üzə) 7 mərtəbəli ticarət mərkəzi tikdirir, bütün günü iri maşınlar beton daşıyır, yük gətirir, yolu bağlayır, camaatın narahatçılığına səbəb olur, bəs, buna kim və necə icazə verir?
Salyan camaatına qarşı bu cür ədalətsiz və qərəzli münasibət bizi çox narahat edir və əgər qısa müddət ərzində buna son qoyulmayacaqsa, biz Prezident Aparatının qarşısında mütləq aksiya keçirəcəyik...".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi