Kamil Həmzəoğlu iş adamlarına müraciət edib - Səbəb
06-01-2025 [14:09]
Jurnalist, Etikxeber.az saytının rəhbəri Kamil Həmzəoğlu (Həmidov) ölkənin xeyriyyə qurumlarına, tanınmış İş adamlarına öz FACEBOOK sosial şəbəkə hesabından Müraciət ünvanlayıb.
Mia.az Etikxeber.az-a istinadla xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli Cənablar!
Yazıb Sizlərə bildirmək istəyirəm ki, mən-52 yaşlı, 3 övlad atası, iki kitab müəllifi Kamil Həmzə oğlu Həmidov (KAMİL HƏMZƏOĞLU) ali təhsilli-37 ilin jurnalistiyəm. Ölkə Prezidenti tərəfindən jurnalistikadakı fəaliyyətimə, zəhmətimə, əməiymə görə “Tərəqqi” medalı ilə (2015) təltif olunmuşam və İkinci Jurnalistlər Binasından (2017) mənzil verilib. Çox sağ və var olsun!
…İkinci Vətən Müharibəsi başlayan (və bitən) gündən-27 sentyabr 2020-ci il tarixindən də bu yana-4 il 3 ay yarım ərzində də bütün günü Şəhid məclislərində, Şəhid tədbirlərində, Şəhid və Qazi ocaqlarındayam. Şəhidlərimizin, Qazilərimizin, Vətən sevdalılarımızın təbliği, tanıdılması ilə məşğulam.
Eyni zamanda, Şəhid və Qazi ailələrinin, müharibə iştirakçılarının problemlərinin, qayğılarının qərəzsiz, vicdanlı, obyektiv şəkildə işıqlandırılması, aidiyyatı-rəsmi qurumlara çatdırılması və onların həll olunması yolunda ciddi səylər göstərirəm. Burada yazmağı düzgün və etik hesab etmirəm, amma neçə-neçə Şəhid ailəsinin, neçə-neçə Qazimizin…ev, mənzil, iş, əlillik…məsələlərinin həllində çox yaxından və birbaşa iştirak etmişəm və edirəm…Buna Allahım və vicdanım şahiddir!
…Qeyd etdiyim kimi, bütün günü yollardayam səhhətimdə çoxsaylı problemlərə rəğmən, bəzən də ac-susuz…Ölənəcən də bu müqəddəs yolda olacağam! İçimdəki Şəhid və Qazi sevgisini də məndən yalnız ölüm və Allahım ala bilər, başqa kimsə yox!!! Bəli, bəzən bilərəkdən, qəsdən, bəzən də bilməyərəkdən…deyirlər ki, “Şəhid və Qazi ocaqlarına nə ilə gedib-gəlirsən, kimsə səni maliyyələşdirirmi? Pulu haradan tapırsan? Burada məqsədin nədir? Başqa işin-gücün yoxdurmu? Şəhid və Qazi ailələrinin dərdi-problemi sənəmi qalıb? Səndən başqa jurnalist yoxdurmu? Başına işmi qəhətdir, get çörəyini qazan?…” Və sair və ilaxır…
Bu “sualları” eşitdikçə çox üzülürəm, bəzən də çox əsəbləşirəm… Görəsən, Şəhid ailələrinin, Qazilərimizin…yanında və onlara dəstək olmaqdan da ŞƏRƏFLİ missiya varmı???!!! Ancaq çox təəssüf ki, çoxları bunu anlamaq və dərk etmək qabiliyyətində deyil, çoxları hər şeyi də öz arşını ilə ölçür…Nə isə!
Sizlərə müraciət ünvanlamağın-özü də açıq şəkildə və sosial şəbəkədən-səbəbi isə odur ki, artıq maddi durumum (hələ səhhətimi, ailəmi bir kənara qoyuram) Şəhid tədbirlərinə, Şəhid və Qazi ocaqlarına getməyimə, onlara dəstək olmağıma imkan vermir…Bəzən və çox zaman borcu borc üstə yığıram…Əgər şəxsən mənə, mənim iştirakıma ehtiyac olmasaydı…bu barədə susardım, danışmazdım, necə ki indiyə kimi susmuşam, danışmamışam, kimsəyə ağız açmamışam…
…Bəli, təvazökarlıqdan uzaq olmasın, Şəhid ailələrinin və Qazilərin böyük əskəriyyəti məni yanlarında, tədbirlərində görmək istəyirlər…təmənnasızlığıma, səmimiyyətimə, insanlığıma, gözü və könlü tox, onlara mənəvi…dəstək olmağıma görə… 2019-cu ildən-Oxu.Az-dan ayrılandan bu yana rəsmi-maaşlı heç bir yerdə işləmirəm…2016-cı ildən təkbaşına ərsəyə gətirdiyim, işlətdiyim, doğma övladım kimi sevdiyim “Etikxeber.az” saytının rəhbəriyəm, heç bir yerdən də maliyyələşmirəm…Sadəcə, cüzi və cüzi qazancımla dolanıram 6 nəfərlik ailə başçısı kimi…
Ona görə Sizlərə müraciət edərək Şəhid və Qazilərimizin tanıdılması, onların ailələrinin qayığılarının işıqlandırılması və həllini tapması yolunda fəaliyyətimi daha səmərəli şəkildə davam etdirməyim üçün mənə, saytıma açıq şəkildə DƏSTƏK olmağınızı-maddi DƏSTƏK göstərməyinizi istəyirəm.
İndiyə kimi bu barədə yazmağa, müraciət etməyə də çox utanırdım…Amma Şəxsiyyətinə hörmətim olan bir neçə nüfuzlu ziyalımızın məsləhtlərindən, tövsiylərindən sonra Sizlərə müraciət etmək qərarına gəldim…Dəstək olsanız da sağ olun, olmasanız da. Onsuz da yoluma necə davam etmişəmsə, bundan sonra da davam edəcəyəm! Öncədən də hər birinizə təşəkkürlər!
Allah yolumuzu açıq etsin!”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi