“...ANAMI QOCALTMA, DÜNYA”
06-01-2025 [00:05]
(Gənc müəllim və şair Taleh Cavadlının ədəbi və pedaqoji dünyasına bir nəzər)
Cavadov Taleh Gülbaba oğlu 01 iyul 1995-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Uşaqlıq və məktəb illəri (2001-2012-ci illər) həmin kənddə keçib. Orta məktəbi bitirən ili də Sumqayıt Dövlət Universitetinin kimya- biologiya fakültəsinə qəbul olub və oranı uğurla bitirərək biologiya müəllimliyi ixtisasına yiyələnib. 2016-2017-ci illərdə Goranboy rayonunun N saylı hərbi hissəsində xidmət olub. 2017-ci ildə təyinatla İmişli rayonunun Kürdmahmudlu kənd tam orta məktəbində biologiya müəllimi kimi əmək fəaliyyətə başlayıb. 2018-ci ildən isə iş yerini dəyişərək İmişli rayonunun R. Məmmədov adına Əliqulular kənd tam orta məktəbində ixtisası üzrə fəaliyyətini davam etdirir. Müəllim kimi uğurlu fəaliyyəti həmişə təqdir olunub. Gənc Müəllimlər Assosiasiyasının aktiv üzvlərindən biridir.
Taleh müəllim “Mən bir müəlliməm” layihəsində “Müəllimliyi qısa olaraq necə ifadə edirsiniz?” sualına belə cavablandırıb:
-Müəllimlik ədalətlilik, humanistlik və tələbkarlıq kimi keyfiyyətləri özündə birləşdirən sahədir. Yüksək savad, intelektual səviyyə, idarəçilik və təşkilatçılıq tələb edir.
Onda ədəbi yaradıcılığa maraq orta məktəb illərindən başlayıb. Yazdığı şeirləri sinif yoldaşlarına oxuyub, onlarda şeirə qarşı maraq yaradıb. Bu həvəs Universitet illərində daha mükəmməl və yeni bir istiqamət alıb. İlk imza şirinliyini Sumqayıt Dövlət Universitetinin rəsmi qəzetində görüb.
Tale elə gətirib ki, tələbə ikən otaq yoldaşı Asim Arazlı da ədəbiyyat həvəsli, yazıb-yaradan bir həmkarı olub. Onun ilk və sevilən “Tənhalıq mənim dostumdur” adlı irihəcimli əsəri Talehin qəlbində böyük arzular yaradıb və tələbə yoldaşı ilə bu sevgi-sevinci birgə yaşayıb. Ədəbi dərnəklərdə oxuduğu şerlər haqqında müsbət rəylər, müxtəlif qəzet və İnformasiya Portallarında çap olunan şerləri Taleh Cavadlını şair kimi tanıdıb.
Onun yaradıcılığı mövzu rəngarəngliyi aydın sezilir.
“Şəhidlər” şerində vətənpərvərlik, yurd-yuva həsrəti, doğma Vətən, Şəhidlik Zirvəsinə ehtiramı aydın görürük:
Son damla qanacan savaşmaq üçün,
Dağları, daşları bir aşmaq üçün,
Laçına, Şuşaya qovuşmaq üçün,
Qətiyyət andını içdi, Şəhidlər!
Şair valideyn haqqını həmişə uca bilib, qəlbində ona ehtiram yaşadır. Ata- anaya olan məhəbbətin sonsuzluğu Taleh Cavadlının qəlbində xüsusi bir anlamda səslənir. Anırsan ki, onların haqqı danılmaz, sevgisi unudulmazdır:
Bu çətin həyatda hər zaman mənə,
Vermisən nə qədər nəsihət, ata.
Hər kəlmən yenilməz dayaq olaraq,
Qəlbimə bəxş edib cəsarət, ata.
Ömür qapısını qocalıq döymə,
Anamın qamətin nə olar əymə,
Gəlib məni qocalt, anama dəymə,
Nə olar anamı qocaltma, dünya!
Taleh Cavadlının yaradıcılığında sevgi, məhəbbət şerləri xüsusi yer tutur. Oxuduqca hiss edirsən ki, insanın dünyaya, həyata, təbiətə və insanlara sevgisi tükənsə, yaşaya bilməz. Bu istiqamətdə şairin bir çox şeirləri var. Bu qəbildən “Sevgi ilə yaşayanlar” şerində məhəbbəti həyat-yaşam amalı bilib, o qədər güclü sayır ki, hətta insanı odun-alovun içərisinə yön edən və ürəkləri birləşdirən körpü kimi göstərir:
Məhəbbət nə qədər güclü olarmış,
Odun içinə də atarmış bizi.
Ürəkdən ürəyə körpü salarmış,
Aşıb daşdırarmış sevincimizi.
Gənc şairin yaradıcılığı göstərir ki, onun qəlbi, ruhu sevgi ilə doludur. Haqq yerində deməyiblər ki, sairin təbi ya sevgidən, ya da dərddən coşa gəlir. Onun fikirlərinin sadə dildə, anlaqlı olması yaradıcılığına xüsüsi bir şirinlik verir.
Taleh Cavadlıya gələcək yaradıcılıq işlərində uğurlar arzu edirik. İnanırıq ki, şairin nəşriyyatda olub, yaxın günlərdə işıq üzü görəcək “ Həyat eşqi” və "Ürəyimlə söhbət” kitabları oxucular tərəfindən sevgi ilə qarşılanacaq.
Səxavət Tağlar,
Əməkdar müəllim, Prezident təqaüdçüsü
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi