25-07-2014 [23:47]
Son zamanlar regionlarda səhiyyənin durumu heç də qənaətbəxş deyil. Ona görə də bölgələrdən paytaxtda gələn xəstələrin ardı-arası kəsilmir. Əksəriyyəti vaxtında gəlirlər, bəziləri isə paytaxt xəstəxanalarına üz tutmaqda gecikmiş hesab olunurlar. Qoyulan səhv diaqnozların nəticəsində xəstələr səhv müalicə alır və bir xəstəlik müalicə olunmadan digər bir xəstəliyə düçar olurlar. Belə vəziyyətdə isə bəzən pasiyentin həyatını xilas etmək çətin olur. Və xəstə həyat ilə vidalaşır.
Buna görə də bölgələrdə səhiyyənin durumu bərbaddır. Görünür, ölkə başçısının bu sahəyə ayırdığı diqqət və qayğıdan sui-istifadə edənlər var. Bu gün həmin regionlardan biri də Qax rayonudur. Qax rayonu gözəl guşələri, istirahət məkanları ilə seçilsə də, səhiyyəsinin durumu digər regionların səhiyyəsindən yaxşı mənada fərqlənmir. Belə ki, Qax Rayon Mərkəzi Xəstəxanası ilə bağlı kifayət qədər şikayətlər var. Dəfələrlə sözügedən tibb ocağı ilə bağlı icitmaiyyəti və müvafiq qurumları məlumatlandırsaq da, bu məsələ həllini tapmır ki, tapmır.Bu gün Qax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadədir. Baş həkim tibb müəssisəsini öz prinsipləri əsasında idarə edir. Xəstəxanada çalışan hər kəs Tərlan Əhmədzadədən çəkinir. Baş həkimin göstərişi olmadan tibb müəssisəsinin ətrafında quş belə uça bilməz. Etibarlı mənbələrin verdiyi məlumata görə, sözügedən xəstəxanaya ayrılan dövlət vəsaiti Tərlan Əhmədzadə tərəfindən təmir adı altında silinərək mənimsənilib. Rayon Mərkəzi Xəstəxanasının əsaslı şəkildə təmirə ehtiyacı var. Baxmayaraq ki, baş həkim xəstəxanada hər cür şəraitin olduğunu deyir. Lakin peşəkar kadrlardan tutmuş, tibbi avadanlıqlara qədər çatışmazlıqlar var. Savadlı kadrlar kənarda qalıb, harada savadsız həkimlər, tibb bacıları varsa, hamısı sözügedən xəstəxanada cəmləşib. Belə ki, əldə etdiyimiz məlumata görə, Tərlan Əhmədzadə tibb işçilərini işə götürərkən nəsə tələb edir. Tələb olunan vəsaiti vermədikdə isə həmin şəxs işə götürülmür. Çox təəssüf ki, bu gün cibi dolu amma başı boş həkimlərimiz çoxdur. Əksəriyyəti diplomu pul müqabilində əldə edib. Belə şəxslər nəyinsə müqabilində işlə təmin olunur. Bu hal Qax Rayon Mərkəzi Xəstəxanasında artıq adi hala çevrilib. Odur ki, səhiyyənin durumu acınacaqlı vəziyyətdədir. Hər gün ana və uşaq ölümlərinin sayı artır. Artıq heç kəs öz həyatını ölkədəki həkimlərə etibar etmir. Bölgələrdəki insanlar payataxta, paytaxtdakılar isə ölkə xaricinə üz tuturlar. Lakin ölkə xaricində tibbi xidmətin dəyəri çox yüksəkdir. Buna isə hər kəsin maddi imkanı yol vermir.
Qeyd edək ki,kəndlərdəki tibb və həkim məntəqələrinin adına yazılan dərman pereparatlarıda baş həkimin ətrafındadkı şəxslərtərəfindən özəl apteklərdə satdırılır. Bundan başqa tibb məntəqələrində işləyən bir çox tibb işçilərinin və sanitarların sadəcə adları mövcuddur və onların əmək haqqlarını baş həkimlə məntəqə həkimləri arasında bölüşdürüldüyü bildirilir.
Sözügedən tibb müəssisəsində pasiyentlərə biganəlik izaholunmaz həddə çatıb. Qax Rayon Mərkəzi Xəstəxanasında nadir hallarda ola bilər ki, xəstəni təmənnasız müayinə etsinlər.
Qeyd edək ki, hazırda Qax rayonunda 1 mərkəzi, 1 uşaq xəstəxanası, 2 kənd xəstəxanası, 10 həkim və 26 tibb məntəqəsi fəaliyyət göstərir və rayon səhiyyə sistemində 120-yə qədər həkim 400-dən çox tibb işçisi çalışır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi