Niyyəti səni məhv etmək olan bir dövlət... - Şahin Cəfərli yazır
30-12-2024 [17:19]
Şahin CƏFƏRLİ,
Siyasi şərhçi
***
Dekabrın 25-də Rusiya yanlışlıqla təyyarəmizi vurdu, 24 vətəndaşımız həlak oldu.
Bu hadisənin bizdə yaratdığı hissləri təsvir etməyə ehtiyac yoxdur, o hissləri hamımız yaşadıq-yaşayırıq.
Lakin bir çox azərbaycanlı Rusiya-Ukrayna müharibəsində Ukraynanı və Zelenskini qınayır ki, niyə Rusiya ilə dil tapmadılar, bu müharibəyə imkan verdilər. (Müharibəyə görə birmənalı Ukraynanı ittiham edən vicdansız azərbaycanlıları nəzərdə tutmuram). Bu, Ukrayna tarixindən bixəbər olmağın və Rusiya imperializmini yaxşı tanımamağın nəticəsidir.
Əvvəllər də yazmışdım, yenə təkrar edim: Rusiyanın məqsədi Ukrayna milli dövlətçiliyini və milli identikliyini ortadan qaldırmaqdır. Hazırkı müharibə etnosid xarakteri daşıyır. Rusiya rəhbərliyi bunu gizlətməyə ehtiyac da duymur. Tarixdə Ukrayna dövlətinin, Ukrayna xalqının və Ukrayna dilinin olmadığını Putin başda olmaqla, Rusiya rəhbərliyi dəfələrlə bəyan edib, indi də söyləməyə davam edirlər. “Nasist”, “banderaçı” deyəndə məhz milli şüura malik, ruslaşmamış ukraynalılar nəzərdə tutulur, onları məhv etmək niyyətini Rusiya rəsmiləri və mediası hər gün açıq şəkildə ifadə edir.
Ukraynanın SSRİ-nin tərkibində olduğu və Moskvadan təyin olunan kommunistlər tərəfindən idarə edildiyi 1932-33-cü illərdə törədilmiş süni aclığı xatırlayaq. O vaxt Moskva-Kiyev münasibətlərinə təsir edən kənar faktorlar, Qərb amili filan da yox idi. Amma azı 4 (dörd) milyon, bəzi məlumatlara görə isə 7 (yeddi) milyon ukraynalı acından qırıldı. 4-7 milyon insan... Əhalinin sayının az olduğu bir dövrdə... Bu, məqsədyönlü soyqırım idi.
Əsl niyyəti səni məhv etmək olan bir dövlətlə necə anlaşasan? Əgər Rusiya sadəcə torpaq istəsəydi, verib, qurtulmaq olardı. 2014-cü ildə Ukrayna Krımı müqavimətsiz təslim etdi. Nə oldu? Rusiya əl çəkdi? Yox. Əksinə, daha da iştahlandı. Bu gün Ukrayna ərazisinin 18%-i Rusiya işğalı altındadır. Rusiya əl çəkir? Yox. Çünki o, Ukrayna torpaqlarının bir hissəsini istəmir. Rusiya Ukraynaya deyir ki, sən müstəqil milli dövlətindən, dilindən, tarixindən, kimliyindən vaz keçməli və böyük rus dünyasının, rus millətinin tərkib hissəsi olduğunu qəbul etməlisən. Rusiya müstəqil milli Ukrayna dövlətini ekzistensial təhdid sayır.
Empatiya çox vacib insani hissdir. Ukrayna müharibəsi ilə maraqlananlar, bu haqda yazıb danışanlar bir az tarixə də nəzər salıb, bu düşmənçiliyin mahiyyətini və kökündə nə dayandığını anlamağa çalışmalıdır. Bu düşmənçilik 2014-cü ildə Krım və Donbasdakı işğallardan sonra Rusiya şəhərlərində konsert verməyə davam edən, Rusiya Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edən, seçki kampaniyasında isə bu konfliktə görə Rusiyanı deyil, prezident Poroşenkonu ittiham edən Zelenskinin dövründə başlamayıb. Rusiya təbliğatına, Türkiyə mediasında səslənən axmaq fikirlərə inanıb, bir xalqın apardığı qurtuluş savaşına anlayışsız və hörmətsiz yanaşmaq olmaz.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi