Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı: "Təəssüf ki, son zamanlar..." - "Lazımsız sənədləşmə, hesabat isə nə qədər desən..." (VİDEO)
27-12-2024 [21:59]
"22 dekabr 2024- cü il tarixində Təhsil Forumunun təşkilatçılığı ilə keçirilən "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş Təhsil İşçilərinin Həmrəylik Forumunda mənim də əvvəldən nəzərdə tutulmamış qısaca çıxışım olub".
Mia.az xəbər verir ki, bu sözləri İmişli rayon Təhsil Sektorunda müxtəlif vəzifələrdə işləmiş tanınmış təhsil mütəxəssisi Vahid Tağıyev "Feysbuk"dakı səhifəsində yazıb.
Vahid Tağıyev çıxışında təhsil sektorunda dərin kök salan olduqca mühüm problemlərə toxunub.
Təcrübəli təhsil mütəxəssisi vaxtilə Respublika üzrə müəllimlərin işə qəbulu komissiyasının sədri, məktəb direktoru və müavinlərin işə qəbulu komissiyasının isə üzvü olduğunu xatırladıb.
O, bildirib ki, bu sahədə xeyli sayda uğurlu kadrlar var. Lakin uğurlar olduğu kimi, problemlər də var: "Bəzən elə problemlər var ki, yüksək tribunalardan dilə gətirmək olmur. Ancaq bu, hamımızı incidir, ağırdır. 40 il bu sahədə çalışan biri kimi, həmişə təhsil nazirlərimizə problemləri birbaşa çatdırmışam. İstəmişəm ki, problemlər dərindən müzakirə olunub, həllini tapsın. Çox təəssüf ki, son zamanlar təklifə o qədər də yaxşı baxılmır. Bir yanaşma var ki, ən yaxşısını biz bilirik. Halbuki, təhsil elə bir sahədir ki, daim müzakirə istəyir..."
V.Tağıyevin sözlərinə görə, hazırda ümumi təhsil məktəblərində tərbiyə məsələləri diqqətdən kənarda qalır:
"Onun təşkili vəziyyəti, nəticələri öyrənilmir. İdarəetmənin vacib funksiyalarından biri olan keyfiyyətin monitorinqinin təşkili və ona nəzarət istisnaları çıxmaq şərti ilə yox səviyyəsindədir. Lazımsız sənədləşmə, hesabat isə nə qədər desən...
Təlim - tərbiyə, tədrisin forma və metodlarını özündə ehtiva edən pedaqogika elmi təhsildən ayrı düşüb...
Təlim - tərbiyə prosesində pedaqogika və psixologiyanı kənara qoyub ancaq yaddaşa söykənən biliklər əldə edilməsi insan amilinin hərtərəfli dəyərlərə malik şəxsiyyət kimi formalaşmasına mane olur...".
Tanınmış təhsil mütəxəssisinin dərin məzmunlu çıxışı ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
F.ƏHMƏD
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi