Şahlar Əsgərov: “İcra hakimiyyətləri təhsil şöbələrinə obyekt kimi baxırdılar”

img

25-07-2014 [15:47]


"İcra hakimiyyətləri rayon təhsil şöbələrinə, məktəblərə obyekt kimi baxırdılar. Ona görə də region idarələrinin yaradılması barədə sərəncamı çox müsbət qarşıladım”.

Bunu Modern.az-a təhsil üzrə ekspert Şahlar Əsgərov deyib. Onun fikrincə, prezident İlham Əliyevin Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı sərəncam təhsil sahəsində struktur islahatının başlanğıcıdır:"Bu sərəncam hökmən öz müsbət nəticəsini verəcək. Ona görə ki, rayon təhsil şöbələri rayon icra hakimiyyətlərinin təsiri altından çıxacaq. Çünki icra hakimiyyətləri üçün toyxana necədirsə, təhsil şöbəsi, məktəb də odur. Çox şükür ki, təhsil şöbələri icra hakimiyyətlərinin nəzarətindən çıxdı və azad fəaliyyət göstərəcək. Azadlıq olan yerdə də uğur həmişə olacaq”.Ş.Əsgərov onu da qeyd edib ki, bu, təqribən kolxozların ləğv olunub, yerinə fermer təsərrüfatlarının yaradılmasına bənzəyir.

Qeyd edək ki, prezidentin imzaladığı yeni sərəncama görə rayon təhsil şöbələri ləğv olunacaq və regional təhsil idarələri yaranacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA