Daha bir MMP-çiyə vəzifə verildi

img

25-07-2014 [13:55]


Bu gün Muasir Musavat Partiyası İdarə Heyəti növbəti toplantısını keçirib.Toplantıda öncə qərarların icrası və görülən işlərə baxılıb. Gündəliyin partiyadaxili məsələlər bölümündə təşkilatlarda vəziyyət, təşkilatların gördüyü işlər haqqında Təşkilatı Məsələlər üzrə sədr müavini Fazil Yusubov məlumat verib. 

Görülən işlər və qərarlar müzakirə edilərək dəyərləndirilib ,görüləcək işlərlə bağlı yenidən tapşırıqlar verilib. Bu günkü toplantıya qatılan MMP-nin üzvü, hazırda Moskvada yaşayan Muradov Zakir Baxış oğluna səlahiyyət və vəzifə verilməsi məsələsi müzakirə edilib. İllərdir Muasir Musavat Partiyasının üzvü olan Muradov Zakir Baxış oğlunun MDB məkanında partiya üçün etdikləri dəyərləndirilib.Qərara alınıb ki, Zakir Muradova vəzifə və səlahiyyət verilsin ki,o partiyanı daha yaxşı təmsil etsin və işlər görsün Qərar səsə qoyulub, səs çoxluğu ilə Muradov Zakir Baxış oğlu MMP-nin MDB üzrə müşaviri təyin edilib. 

Qeyd edək ki, Muradov Zakir Baxış oğlu 1978-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib bu günə qədər Moskva və Sanpeterburq şəhərlərində müxtəlif vəzifələrdə çalışıb. Bundan sonra ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib.Ölkədaxili sabitliyin qorunması üçün partiya üzvlərinə xüsusi tapşırıq verilib. Sonda cari məsələlər müzakirə edilərək toplantı başa çatıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA