24-07-2014 [21:47]
Vətəndaşların müraciətlərinə baxılmasına göstərilən diqqət və qayğının, həmçinin tələbkarlığın artırılmasının nəticəsidir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin sayı 2014-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrünə nisbətən ümumiyyətlə 22,5 faiz, kollektiv müraciətlərin sayı isə 24,8 faiz azalıb.
Ötən ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı Gəncə, Sumqayıt, Binəqədi, Gədəbəy, Xətai, Masallı, Nərimanov, Nəsimi, Nizami, Sabirabad, Sabunçu, Səbail, Şəmkir, Yasamal, Zaqatala şəhər və rayonlarında azalıb. Lakin Kəlbəcər, Kəpəz, Qobustan, Laçın, Samux rayonlarında müraciətlərin sayı nisbətən artıb”.
Mia.az Azertag-a istinadən xəbər verur ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, müraciətlərin ümumi sayında olduğu kimi, əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayında da ötən ilə nisbətən azalma nəzərə çarpır: "Lakin ümumi azalma ilə yanaşı, 2014-cü ildə digər şəhər və rayonlara nisbətdə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Lənkəran, Ağcabədi, Ağdam, Astara, Binəqədi, Xəzər, Xocalı, İmişli, Kəlbəcər, Laçın, Lerik, Sabunçu, Yasamal, Zəngilan, Zərdab şəhər və rayonlarında bir qədər yüksək olub.
Vətəndaş müraciətlərinin təhlilində onların növlər üzrə bölgüsü mühüm əhəmiyyət kəsb etdiyindən, xüsusilə şikayətlərin hansı rayondan daha çox daxil olması üzərində bir qədər ətraflı dayanmaq lazımdır. 2014-cü ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə təhlili göstərir ki, əvvəlki ilə nisbətən şikayətlərin sayında böyük azalma baş verib. Bu azalma Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Abşeron, Ağcabədi, Binəqədi, Gədəbəy, Xətai, Xəzər, Quba, Masallı, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Şəmkir, Yasamal şəhər və rayonlarında daha çox nəzərə çarpır.
Bununla belə qeyd etməliyik ki, bütövlükdə 2014-cü ilin birinci yarısında isə daxil olan müraciətlərin ümumi sayında şikayətlərin faizi Astara, Zərdab, Samux, Zəngilan, Beyləqan, Laçın, Yevlax, Tərtər, Cəlilabad şəhər və rayonlarında nisbətən yüksək olmuşdur.
Vətəndaşların müraciətlərinə baxılmasında hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanında nəzarətin təşkili mühüm rol oynayır. Harada ki, bu iş "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa və müvafiq kargüzarlıq qaydalarına uyğun təşkil edilmişdirsə, burada narazılıq yaranmır, müraciətlərə baxılma müddətlərinə əməl olunur, vətəndaşlara vaxtında cavab verilir, ən başlıcası, əsaslı tələblər yerinə yetirilir, səhlənkarlığa yol vermiş şəxslər barəsində müvafiq tədbirlər görülür.
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində nəzarət qaydasında baxılan vətəndaş müraciətlərinin sayı ildən-ilə artırılır və bunun səmərəsi özünü göstərir. 2014-cü ilin birinci yarısında nəzarət qaydasında baxılmış müraciətlərin 21 faizi müsbət həll olunmuş, 23 faizi icraya yönəldilmiş, 22 faizinə əsaslı izahat verilmiş, 24 faizi əsassız sayılmış və bir sıra vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirləri görülmüşdür.
Müraciətlərin mövzularında əhalinin bilavasitə ünsiyyətdə olduğu şəhər, rayon icra hakimiyyətlərinin, onların aparatlarının, həmçinin bələdiyyələrin fəaliyyəti ilə əlaqədar müraciətlər daha çox diqqəti cəlb edir. Göstərilən mövzu üzrə müraciətlərin sayı Lənkəran, Ağcabədi, Ağdam, Beyləqan, Binəqədi, Cəlilabad, Qaradağ, Qazax, Laçın, Lerik, Sabunçu, Şamaxı, Suraxanı şəhər və rayonlarında daha yüksək olmuşdur. Bu mövzuda müraciətlərin sayı Naftalan, Şirvan, Ağstafa, Xızı, Xocalı, Qax, Qəbələ, Qubadlı, Qusar, Oğuz, Pirallahı, Siyəzən, Şabran, Ucar, Yardımlı şəhər və rayonlarında daha az olmuşdur.
Respublikanın müraciət göndərən kənd və qəsəbələrinin sayı üzrə aparılan təhlil göstərir ki, Prezident Administrasiyasına müraciət göndərmiş kənd və qəsəbələr onların ümumi sayının 48,1 faizini təşkil edirsə, müraciət etməyən kənd və qəsəbələr 51,8 faizdir. Elə rayonlar var ki, onların 1 və ya 2 yaşayış məntəqəsindən başqa əksəriyyətindən müraciətlər daxil olmuşdur. Bu sahədə ən çox kənd və qəsəbəsinin müraciət etdiyi rayonlardan Lənkəran, Şəki, Balakən, Beyləqan, Göygöl, İmişli, Kürdəmir, Saatlı, Salyan, Samux, Zərdab rayonlarını göstərmək olar. Təbiidir ki, bunların səbəbləri araşdırılmalı, insanları narahat edən problemlərin, o cümlədən yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir.
Bir daha qeyd etmək istərdik ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin heç biri diqqətdən kənarda qalmır, onlar ətraflı öyrənilir, yaranma səbəbləri araşdırılır, dövlət hakimiyyəti orqanlarında və onların yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, bu sahədə qanunvericiliyə əməl olunması məsələləri müntəzəm təhlil olunur, ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu sahədə işin daha da yaxşılaşdırılması üçün təsirli tədbirlər görülməsi davam etdirilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi