24-07-2014 [21:35]
Bu gün Prezident İlham Əliyev daha bir sərəncam, 3 Fərman verib.
Mia.az həmin sənədləri təqdim edir:
****
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli, "Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2013-cü il 17 dekabr tarixli 851-IVQD nömrəli və "Qrant
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-IVQD nömrəli
qanunlarına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034;
2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627,
№ 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292,
№ 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə
497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 3 iyun tarixli 177 nömrəli Fərmanı) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər edilsin:
1. 8.7-ci bənddə
hər iki halda "hüquqi şəxslərin, ” sözlərindən sonra "xarici qeyri-kommersiya
hüquqi şəxslərin nümayəndəlik və filiallarının,” sözləri əlavə edilsin.
2. 9.9-cu bənddə
"hüquqi şəxslərin” sözlərindən sonra ", habelə xarici qeyri-kommersiya hüquqi şəxslərin
nümayəndəlik və filiallarının, ” sözləri əlavə edilsin.
3. 9.11-ci bənddə
"hüquqi şəxslərin,” sözlərindən sonra "xarici qeyri-kommersiya hüquqi şəxslərin
nümayəndəlik və filiallarının,” sözləri əlavə edilsin.
4. 9.13-cü bənddə
"xarici qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin” sözləri "xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin” sözləri ilə əvəz
edilsin və "nizamnamələrinə” sözündən sonra "(əsasnamələrinə)” sözü əlavə
edilsin.
5. 9.14-cü bənddə
"qeyri-kommersiya hüquqi şəxslər” sözləri "dini qurumlar istisna olmaqla, digər
qeyri-kommersiya qurumları və fiziki şəxslər” sözləri ilə əvəz edilsin.
6. 9.32-1-ci
bəndində "qeyri-hökumət təşkilatlarına” sözlərindən sonra "və xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə” sözləri əlavə
edilsin.
7. 10.8-ci bəndə
"qeyri-hökumət təşkilatlarına” sözlərindən sonra "və xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə” sözləri,
"nizamnamə” sözündən sonra "(əsasnamə)” sözü əlavə edilsin.
8. 10.9-cu bənddə
", qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin ləğv edilməsi” sözləri "ləğv edilməsi,
qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması, bərpa edilməsi və
onların ləğv edilməsi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 834
nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi
barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 834 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 26; 2006,
№ 7, maddə 590; 2008, № 3, maddə 174; 2009, № 12, maddə 988; 2010, № 3, maddə
187, № 7, maddə 610; 2014, № 5, maddə 477) 3-cü hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati
xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nı
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 850-IVQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü
il 1 fevral tarixli 98 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 872; 2008,
№ 3, maddələr 169, 186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə
1057; 2009, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010, №
2, maddə 80, № 3, maddələr 180, 184, 193, № 6, maddə 494, № 7, maddə 606, № 8,
maddələr 716, 725, № 10, maddə 849; 2011, № 6, maddə 512, № 9, maddə 792; 2012,
№ 3, maddə 200, № 5, maddə 421, № 10, maddə 951, № 11, maddə 1117, № 12, maddə
1238; 2013, № 2, maddə 108, № 4, maddələr 370, 372, 376, № 9, maddələr 1045,
1059, № 12, maddə 1520; 2014, № 4, maddə 363; Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 11 iyul tarixli 226 və 227 nömrəli fərmanları) ilə təsdiq
edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 5.1-ci bənddə
"222.1-ci” sözlərindən əvvəl "200-3-cü (kommersiya qurumlarına münasibətdə),”
sözləri əlavə edilsin.
2. 8.1-ci bənddə
"222.4-cü,” sözlərindən sonra "223-1.4-cü (banklara münasibətdə),” sözləri əlavə
edilsin.
3. 10.1-ci bənddə
"223-1.1-ci maddəsində (qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə) və
348-3-cü maddəsində (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan,
toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatlarına münasibətdə)”
sözləri "200-3-cü maddəsində (dini qurumlar istisna olmaqla, digər
qeyri-kommersiya qurumlarına münasibətdə), 223-1.1-ci maddəsində (fiziki şəxslərə
və dini qurumlar istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə),
223-1.4-cü maddəsində (qeyri-hökumət təşkilatlarına və xarici qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinə münasibətdə), 340-2-ci-340-5-ci maddələrində və
348-3-cü maddəsində (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan,
toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatlarına və xarici
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə münasibətdə)”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanını
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2013-cü il 17 dekabr tarixli 851-IVQD nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 79; 2010,
№ 2, maddə 80, № 3, maddə 192, № 8 maddə 725) 4.6-cı bəndinə "qeyri-hökumət təşkilatlarına”
sözlərindən sonra "və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan
Respublikasındakı filial və nümayəndəliklərinə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi