Qulu Məhərrəmli: "İfadə azadlığı insanın fundamental hüquqlarından biridir" - "Ölkələr artıq TikTok-un necə təhlükəli olduğunu görürlər"
24-12-2024 [13:30]
"İfadə azadlığı insanın fundamental hüquqlarından biridir. Hər bir şəxs qanuni yollarla istədiyi məlumatı əldə edə, onu işləyib yayımlaya, müxtəlif formalarda – sözlə, davranışla, hərəkətlə özünü ifadə edə bilər. Bu, insanın təməl haqqıdır. İnternetin mövcudluğu və sosial şəbəkələrin yaranması bu hüquqların həyata keçirilməsi üçün geniş imkanlar təqdim edir. Ancaq ifadə azadlığı heç bir halda başqalarının hüquqlarını pozmaq, əxlaqsızlığı təbliğ etmək, milli dəyərlərə qarşı səlib yürüşü keçirmək vasitəsinə çevrilməməlidir".
Mia.az xəbər verir ki, bu sözləri Axar.az-a media eksperti, professor Qulu Məhərrəmli Azərbaycanda əxlaqsızlığı təbliğ edən bəzi tiktokerlərin saxlanması haqqında danışarkən deyib.
Onun sözlərinə görə, sosial platformalarda nalayiq ifadələrin işlənməsi, insan əxlaqına və insani dəyərlərə qarşı çağırışlar edilməsi yolverilməzdir:
“Bu günlərdə Tiktokla bağlı ciddi problemlər müzakirə edilir. Dünyanın bir çox ölkəsində bu platforma qadağan olunur. Bunun səbəbi həmin platformadan istifadə edərək milli dəyərlərə hücumlar, nalayiq ifadələr, söyüşlər və mövcud ictimai quruluşu zorla dəyişdirmək çağırışlarıdır. Belə görünür ki, bəzi ölkələr artıq bu platformanın necə təhlükəli olduğunu dərk edirlər və tədbirlər görürlər. Bir tərəfdən insan hüquqları və ifadə azadlığı önəmlidir, digər tərəfdən isə cəmiyyətin ümumi əxlaqı və insani dəyərləri qorunmalıdır. Azərbaycanda da Tiktokun bağlanması ilə bağlı çağırışlar var və bəzi hallarda bu çağırışlara haqq qazandırmamaq mümkün deyil”.
Professor qeyd edib ki, cəmiyyətin əxlaqına və mənəvi dəyərlərinə təhlükə törədən hallar qanunla tənzimlənməlidir:
“Son zamanlarda Daxili İşlər Nazirliyinin xətti ilə Tiktok üzərindən qanun pozan şəxslərin həbsi həyata keçirilir. Hesab edirəm ki, bu cür halları törədən şəxslərə ciddi xəbərdarlıq edilməli və davranışlarını təkrarlamamaları üçün tədbirlər görülməlidir. Əgər platformada cəmiyyətin əxlaqına və mənəvi dəyərlərinə təhlükə törədən hallar varsa, qanunvericiliyə uyğun olaraq səbəbkarlar cəzalandırılmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi