Özünü yandıran Qarabağ veteranı nazirin dayısı çıxdı - Şok iddia

img

24-07-2014 [21:09]


Bir neçə gün əvvəl özünü yandıran Qarabağ veteranı Azərbaycanlı nazirin doğma dayısı çıxdı.

 

Mia.az xəbər verir ki, bu barədə Teref. Info xəbər yayıb.

 

Xəbərdə bildirilir ki, Mərdəkan qəsəbəsində özünü yandıran 1971- ci il təvəllüdlü Həsənov Əli Ənvər oğlu 1992 — ci ildə OMON-nun sıralarında vuruşub: «Məlum OMON hadisələrindən sonra Hollandiyaya gedən Əli Həsənov orada milli münaqişə zəminində Azərbaycan bayrağını təhqir edən bir ermənini öldürüb. Cəzasını çəkdikdən sonra onu deportasiya ediblər. Azərbaycanda onun yaşamağa yeri olmayıb. Dostları yığışıb, onun üçün balaca bir otaq kirayələyiblər. Lakin müəyyən vaxtdan sonra, həmin balaca otağın pulunu verə bilməyən Əli küçələrdə qalıb».

 

Dostları onu da deyir ki, Əli Həsənov veteran statusu almaq üçün mübarizə aparıb. Lakin DİN — dən ona OMON-un arxivinin olmadığı bildirildiyindən mübarizəsi nəticəsiz qalıb.

 

Bu ya digər əziyyətlərə dözməyən Əli Həsənov həyatına son qoyduqdan sonra isə ortaya daha bir fakt çıxıb.

 

Mia.az sözügedən sayta istinadən bildirir ki, canına qəsd edən Əli Həsənovun Gənclər və idman naziri Azad Rəhimovun doğma dayısıdır.

 

İddiaya görə, nazir Azad Rəhimov rəhmətlik dayısı Əli Həsənova heç bir kömək etməyib. Hətta rəhmətliyin xahişlərinə baxmayaraq, ona işləməsi üçün şərait belə yaratmayıb.

 

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA