24-07-2014 [20:46]
Bu gün prezident 4 sərəncam imzalayıb.
Mi.az həmin sərəncamları təqdim edir:
****
"Azərbaycan Respublikası Baş Prokurorluğu kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 746 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
"Azərbaycan Respublikası Baş Prokurorluğu
kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19 iyun tarixli 746 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 429; 2006, № 9, maddə
810) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. On ikinci abzas ləğv edilsin.
2. Yeddinci - on birinci abzaslar müvafiq olaraq səkkizinci
– on ikinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə
olunsun:
"Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsinin rəisi - Azərbaycan Respublikası Baş prokurorunun müavini”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
*****
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19
iyun tarixli 745 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, № 6, maddə 428; 2004, № 1, maddə 19, № 12, maddə 1061; 2006, №
9, maddə 809; 2008, № 3, maddə 200; 2009, № 10, maddə 791; 2010, № 1, maddə 42;
2014, № 3, maddə 247) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Baş
Prokurorluğunun Strukturu”nun 1-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi prosesində başlıca vəzifələrdəndir.
Struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət
göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin
yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsilalanların və təhsilverənlərin
hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin
reallaşdırılmasına xidmət etməlidir.
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılsın:
1.1.
Sumqayıt şəhər, Abşeron, Xızı və Qubadlı rayon təhsil şöbələrinin bazasında
Sumqayıt Regional Təhsil İdarəsi;
1.2. Xaçmaz,
Quba, Qusar, Şabran və Siyəzən rayon təhsil şöbələrinin bazasında Xaçmaz
Regional Təhsil İdarəsi;
1.3.
İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin bazasında
İsmayıllı Regional Təhsil İdarəsi;
1.4. Şəki şəhər,
Oğuz və Qəbələ rayon təhsil şöbələrinin bazasında Oğuz Regional Təhsil İdarəsi;
1.5. Balakən,
Zaqatala və Qax rayon təhsil şöbələrinin bazasında Balakən Regional Təhsil İdarəsi;
1.6.
Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin bazasında Ağstafa Regional Təhsil
İdarəsi;
1.7. Şəmkir,
Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil
İdarəsi;
1.8. Gəncə və
Naftalan şəhər, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Xocalı rayon təhsil şöbələrinin
bazasında Gəncə Regional Təhsil İdarəsi;
1.9. Yevlax
və Mingəçevir şəhər, Ağdaş və Bərdə rayon təhsil şöbələrinin bazasında Yevlax
Regional Təhsil İdarəsi;
1.10. Tərtər,
Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər
Regional Təhsil İdarəsi;
1.11. Ucar,
Zərdab, Kürdəmir və Göyçay rayon təhsil şöbələrinin bazasında Ucar Regional Təhsil
İdarəsi;
1.12.
Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında
Sabirabad Regional Təhsil İdarəsi;
1.13. Şirvan
şəhər, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayon təhsil şöbələrinin
bazasında Salyan Regional Təhsil İdarəsi;
1.14.
Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin bazasında Masallı
Regional Təhsil İdarəsi;
1.15. Lənkəran
şəhər, Astara və Lerik rayon təhsil şöbələrinin bazasında Astara Regional Təhsil
İdarəsi.
2. "Azərbaycan
Respublikası Təhsil Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
3.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
3.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə
bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
3.5. bu Sərəncamdan
irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
5. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi təhsil sahəsinin 2015-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş
maliyyələşməyə keçməsini təmin etsin.
6. Bu Sərəncamın
1-ci hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2014-cü il.
****
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturuna daxil olan qurumlar:
2.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsi;
2.2.
regional təhsil idarələri.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2014-cü il.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi