Azərbaycan məhkəməsindən gözlənilməz qərar - Sevincin oğlu buraxıldı

img

24-07-2014 [19:00]


Bu gün Bakı Apelyasiya Məhkəməsində 2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun apelyasiya şikayətinə baxılıb.


Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 Qərara görə, Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilib və Binəqədi rayon Məhkəməsinin hökmü dəyişdirilib. Ayxan Məmmədovun barəsində 1000 manat cərimə cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

İttihama görə, Ayxan Məmmədov  "Favorit” marketdə oğurluğa cəhd edib və Binəqədi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  (teleqraf.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA