24-07-2014 [14:45]
Mobil İnternetin keyfiyyətini təsdiqləyən əsas göstəricilərdən biri sürətdir.
Dünyada mobil internetin sürətini ən dəqiq ölçən sistem - "Ookla Net Index” göstəricisinə əsasən Azercell-in təqdim etdiyi Mobil İnternet Azərbaycanın mobil operatorları arasında ən sürətlisidir. Belə ki, sistem ölçmələrinə əsasən Azercell hazırda saniyədə 6,12 MB sürətli İnterneti təqdim edir. Bu, ölkədə digər operatorlara nisbətən ən yüksək göstəricidir.
"Ookla” şirkəti İnternetə qoşulma sürətini ölçən ən nüfuzlu sistemlərdən birinə sahibdir. Burada hər gün 5 milyon sınaq testləri aparılır. ABŞ-da yerləşən bu qurum tərəfindən dünya üzrə 2500-dən çox serveri əhatə edən sistem qurulub. Hazırda Ookla sürət testlərinin nəticələri dünyada ən dəqiq və etimadlı sayılır.
Xatırladaq ki, "Ookla Net Index” göstəricisinə əsasən, ötən il də 5.5 MB/ps nəticə ilə məhz Azercell ən yüksək sürətli internet təminatçısı kimi tanınmışdı. Sınaqlar zamanı Azərbaycandan 300 minə yaxın unikal İP adres testdən keçirilir.
Onu da qeyd etmək yerinə düşər ki, Azercell-in təqdim etdiyi Mobil İnternet Azərbaycanda təqdim olunan "fixed broadband”, yəni sabit genişzolaqlı İnternetə yaxın səviyyədədir. Bu səviyyəli internetdən istifadə edənlər kabel əvəzinə radiosiqnallardan yararlanırlar.
Əminliklə demək olar ki, Azərbaycanda ən sürətli, keyfiyyətli və həmçinin ən sərfəli İnternet "Azercell Telekom” MMC tərəfindən təqdim olunur. Hazırda abunəçilər üçün istənilən qiymət və istənilən həcmdə İnternet paketləri mövcuddur. Azercell-lilər gündəlik, həftəlik və aylıq 3G, həmçinin 4G paketləri ala bilirlər. Azercell müştəriləri hətta işlətdikləri trafikə uyğun İnternet paketi də sifariş edə bilirlər. Bundan əlavə, "Azercell Telekom” MMC mütəmadi olaraq Mobil İnternet istifadəçiləri üçün endirimli kampaniyalar və sərfli xidmətlər təklif edir. Onların arasında "Həftəsonu pulsuz İnternet”, 10GB=10AZN, 50MB=0.25 qəpik və digərləri var.
Hazırda Azercellin hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və 2013-cü illə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir.
Azercell indi nəinki telefondan, ümumiyyətlə müxtəlif cihazlardan sürətli internetə çıxışı təmin edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib. Ötən ilin sonuna mövcud olan 6 minə yaxın baza stansiyasından 300-ü məhz Bakı və Abşeron yarımadasını əhatə edən LTE (4G) şəbəkəsinə xidmət edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi