Icra Hakimiyyəti iftar süfrəsi açdı - FOTOLAR

img

24-07-2014 [14:40]


23 iyul 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbə məscidinin həyətində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi açılb.


Dindarların, şəhid ailələrinin, kimsəsizlərin, habelə rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi məclisi Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq açaraq Müqəddəs Ramazan ayı haqqında məclis üzvlərinə müəyyən məlumatlar verdi, dualar oxundu və dindarlar adından tədbiri təşkil edən rayon rəhbərliyinə təşəkkürünü bildirdi. İftar mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılaraq, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulandı.

Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi Munis Bayramov çıxış edərək rayon sakinlərini Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov adından Müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edərək, tutduqları orucun Allah dərgahında qəbul olunmasını arzu etdi. Ölkəmizdə dövlət səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan geniş danışaraq məscidlərin, pirlərin, ziyarətgahların təmirinə və yenidən qurulmasına xüsusi əhəmiyyət verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dini tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu vurğuladı.

Bundan başqa Müqəddəs Ramazan ayı boyunca rayonun digər qəsəbələrində də iftar süfrələri açılıb.












Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA