24-07-2014 [11:41]
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi "Sevil” MMC-nin rəhbəri Aynur Zeynalovun barəsində həbs-qətimkan tədbiri seçib. El arasında Hacı Aynur kimi tanınan bu şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunur. Barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən A.Zeynalov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin "Sevil Massivi” MTK-da qəfil yoxlamalara Korrupsiyaya Qarşı Mübarizə Komissiyasından verilən tapşırıqla başlanıb.
Bu tapşırığın mübhəm səbəbi olub. Belə ki, dövlət orqanlarına "Sevil”in inşa etdirdiyi "Sevil Massivi Yaşayış Kompleksi”ndə vəhhabi təriqətindən olan şəxslərin toplaşması haqda məlumatlar daxil olub. Araşdırmalar zamanı bəlli olub ki, massivdə vəhhabilər nəinki çoxluq təşkil edir, hətta Aynur Zeynalov da bu təriqətin ardıcılıdır və ən əsası ərazidəki çoxmərtəbəli binaların olduğu ərazidə gizlin şəkildə vəhhabi məscidi inşa olunmağa başlayıb! Bu məsələ aydınlaşandan sonra "Sevil” MTK-da yoxlamalara "yaşıl işıq” yandırılıb. İlkin olaraq MTK-ya vergi yoxlaması göndərilib. Yoxlama zamanı bir çox yeyinti hallarının olması, bir torpağın bir neçə nəfərə satılması faktları ortaya çıxıb. Bu məlumatlar araşdırılması üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Və əməliyyat planı hazırlanaraq MTK-da qəfil yoxlamalar başlanıb.
Qaynağımız deyib ki, həmin vaxt Türkiyədə istirahətdə olan "Sevil” MTK-nın rəhbəri Aynur Zeynalov Bakıya çağırılıb və hava limanında saxlanılaraq nəzarət altında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb, orada ona ittiham elan olunaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin gün saxlanılan digər şəxs Hökməli bələdiyyəsinin sədri Mirnemət Mirəziz oğlu Miradıyev olub. Bir qədər əvvəl "Tərəqqi” medalı ilə təltif olunmuş M.Miradıyev Vergilər Nazirliyinə çağırılıb. Heç nədən xəbəri olmayan bələdiyyə sədri Vergilər Nazirliyində sorğu-sual olunaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb. M.Miradıyevin bu məsələyə aidiyyəti isə "Sevil” MTK-ya Hökməli bələdiyyəsinin balansında olan hektarlarla torpaq sahəsini ayırması olub. Bundan başqa, M.Miradıyev ərazidə qanunsuz tikintilərin aparılmasını, xüsusən vəhhabi məscidinin tikilməsini himayə etməkdə suçlandırılıb. M.Miradıyev istintaqda dindirildiyi zaman Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət orqanlarına bələdiyyə sədrinin azad edilməsi üçün müraciətlər edib. Son nəticədə siyasi rəhbərliyi inandıra bilib ki, M.Miradıyevin vəhhabi təriqətinə aidiyyəti yoxdur, onun bu işə qol qoyması sadəcə tamahından irəli gəlib. Bundan sonra sinəsi "Tərəqqi” medallı bələdiyyə sədrini azad ediblər.
Aldığımız digər bir məlumata görə, "Sevil” MTK-nın saxlanılan mühasibləri, menecerləri, iş icraçılarına da ittiham elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, iyulun 21-də MTK-nın baş ofisindən və yaşayış massivindən reportaj hazırlamışdıq.
Həmin reportaj zamanı müxbirimiz yaşayış massivinin girişində post qoyulduğuna və içəri heç kimin buraxılmadığına şahidlik etmişdi.
Aldığımız son məlumatda yaşayış kompleksindəki vəhhabi məscidi binalar üçün ayrılmış meydançanın ərazisində olub. Binalardan yalnız ikisinin özülü tökülsə də, həmin məscid sürətlə tikilirmiş. A.Zeynalovun həbsi, işçilərinin saxlanılmasından sonra isə məscid gecə ilə sökülüb. Biz ərazidə olarkən tikinti meydançasında sökülmüş binanın qalıqlarının şahidi olmuşduq. Mühafizəçi həmin tikilinin "düzgün inşa edilmədiyinə görə” söküldüyünü deyib.
Belə görünür ki, hakimiyyət nümayəndələri vəhhabi təriqətindən olan qruplaşmanın nəzarətində, üstəlik, mühafizə olunan və gözdən iraq bir ərazidə məscid olmasına qarşıdır.
Maraqlı məqamlardan biri də budur ki, "Sevil” MTK-da məlum əməliyyat ərazinin qonşuluğunda yerləşən Müşfiqabad qəsəbəsindəki məsciddən vəhhabi icmasının qovulmasından az sonraya təsadüf edib.
"Sevil” MTK rəhbərinin vəhhabi təriqətinin nümayəndəsi olması, qanunsuz əməllərdə ittiham edilməsi minlərlə vətəndaşın ev almaq istəklərinin gerçəkləşməsini də əngəlləyəcək. Azından öhdəliklərinin yerinə yetirilməsi illər sonraya ertələnəcək. Bunu söyləməyə əsas verən isə acı praktikadır. "GEN” MMC-də baş verənlər buna misaldır. 7 il əvvəl güclü reklam kampaniyası hesabına vətəndaşları şirkətə cəlb edən "GEN” MMC rəhbəri Elbrus Əliyev nə az, nə çox, 12 milyon manat vəsait toplamışdı. Və sonda bir mənzili, üstəlik, olmayan mənzili bir neçə şəxsə satdığına görə 12 il müddətinə azadlıqdan məhrum edildi. 377 vətəndaş isə bu gün də dövlət qurumlarının qapısını döyməklə mənzillərini tələb edirlər.
Hazırda "Sevil Massivi”nin ofisinin giriş-çıxış qapıları bağlıdır. Qapılar üzərində "Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi. Zərflər üçün” sözləri yazılan möhür vurulub.
Ən pisi odur ki, MMC-yə hələ də pul ödəmək üçün gedən müştərilər var. Və onlara ofisin müvəqqəti bağlandığını deyirlər.
musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi