23-07-2014 [23:08]
Nəqliyyat naziri Ziya Məmmədovun ailə biznes imperiyasına daxil olan və nazirin oğlu Anar Məmmədov tərəfindən idarə edilən şirkətlərdən biri-"Garant Sığorta”nın qətlə yetirilən işçisinin bacısı bu səs-küylü cinayət barədə mətbuatda yazılanlara münasibət bildirib.
Virtualaz.org xəbər verir ki, qətlə yetirilən Natəvan Əliyevanın bacısı Nərminə Məmmədova "Novosti-Azərbaycan”a açıqlamasında onun nazir oğlunun rəfiqəsi olması barədə "Yeni Müsavat” qəzetinin sosial şəbəkələrə istinadən yaydığı məlumatı təkzib edib.

N.Məmmədova bildirib ki, onun bacısının yolu "Qarant Holding”in prezidenti Anar Məmmədovla nə işlə bağlı, nə də şəxsi məsələlərlə bağlı heç vaxt kəsişməyib.
"Çətin ki onlar müşavirələrdə və korporativ toplantılarda da bir-birlərinə salam veriblər”- deyə N.Məmmədova bildirib.
"Yeni Müsavat” qəzeti yazmışdı ki, qətldən bir neçə gün əvvəl Natəvan "heç kimin gözləmədiyi halda” Bakının mərkəzində bahalı mənzil alıb. İş yoldaşları şübhələniblər ki, onun həyatında imkanlı kimsə var. Bacısı isə deyir ki, Natəvan "xruşşovka”da yerləşən birotaqlı mənzili ipoteka krediti ilə almışdı.
"Bunu təsdiq edən sənədlər var. O vaxta qədər isə bacım kirayə yaşayırdı. Beş il idi ki, hər ay ipoteka kreditini geri qaytarmaq üçün ayda 500 manat ödəyirdi. Bunu bütün yaxınlar və tanışlar bilir”- deyə o bildirib.
N.Məmmədova mərhum bacısının aldığı mənzilin bahalı olduğu haqda deyilənləri də təkzib edib, bildirib ki, həmin mənzil "Dostluq” kinoteatrının yaxınlığında yerləşir və çoxdandır təmirsiz vəziyyətdə idi, sahəsi isə çox kiçik olub.
"Natəvan imkan düşdükcə mənzili təmir elətdirirdi”- deyə o qeyd edib.

Bacısının "gözlənilmədən xidməti pilləkənlərdə qalxdığı” barədə yazılanlara cavab olaraq isə N.Məmmədova deyib ki, Natəvan BDU-nun beynəlxalq hüquq fakultəsini fərqlənmə ilə bitirmişdi, sığorta sektorunda 10 illik iş təcrübəsi var idi. 2012-ci ildə o, rəhbər vəzifə tutmaq üçün xüsusi imtahan verib və "Qarant Sığorta”nın iki işçisi ilə birlikdə şirkətin idarə heyətinin üzvü seçilib. Bacısı deyib ki, Natəvanın işdə ciddi problemi və münaqişəsi yox idi.
Xatırladaq ki, bu səs-küylü qətli törətdiyi üçün Quba rayonundan olan 26 yaşlı Tahirov Tərlan Rahib oğlu iyulun 22-də həbs edilib. O, mətbəx mebeli yığan ustadır və qətli soyğunçuluq məqsədi ilə törətdiyinə dair ifadə verib. Bu şəxs qətldən bir neçə gün əvvəl Natəvanın mənzilində mebel quraşdırıbmış. Qətl hadisəsi iyulun 12-də törədilib. Qətlə yetirilən gənc qızın nazir oğlunun sığorta şirkətinin rəhbərliyində yer aldığına görə bu cinayət hadisəsi geniş rezonans doğurub, mətbuat bu hadisə ilə bağlı adı onsuz da qalmaqallardan əksik olmayan oliqarx oğlunun adını hallandırmağa başlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi