ATA İDARƏ RƏİSİ, ÖVLAD MÜAVİN... - Dövlət Su Ehtiyatları Agentliyində maraqlı təyinatlar var
16-12-2024 [09:55]
Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeliyində yeni yaradılmış Regional Su Meliorasiya Xidmətində maraqlı təyinatlar "göz çıxarır".
Mia.az-a verilən məlumata görə, bu ilin iyun ayında adıçəkilən xidmətə rəisi təyin olunan (O, buna qədər ləğv edilən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olub - Mia.az) Zakir Quliyev həmyerliləri ilə bağlı traybalizmə söykənən əmrlər imzalayıb.
Mia.az-ı məlumatlandıran idarə əməkdaşları bildiriblər ki, Zakir Quliyev köhnə dostu olan Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi Əhmədağa İbrahimovu Agentlikdə aparılan dəyişikliklər dalğasında nəinki vəzifədə saxlayıb, üstəlik, onun oğlu Sabit İbrahimovu da yüksək vəzifəyə təyin edib: "Diqqətinizə çatdıraq ki, Sabit İbrahimov vaxtilə Sabirabad Sukanal İdarəsinə çox maraqlı kombinasiya ilə müdir vəzifəsinə gətirilib. Bundan az sonra "Azərsu" ASC ləğv olunub. Bilirsiniz ki, yerində yeni Xidmət yaradıldı. Buna paralel olaraq, Dövlət Su Ehtiyatları Agentliyində aparılan sturktur dəyişikliyi çərçivəsində Şirvan şəhəri daxil 5-6 iri şəhər istisna olmaqla, qalan rayonların hamısında Sukanal idarələri Suvarma sitemləri idarələri ilə birləşdirilib. Eyni hal Sabirabadda da baş verib. Burada da birləşmədən sonra Sabirabad Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi yaradılıb. Maraqlı burasıdır ki, yeni idarə formalaşarkən Zakir Quliyev Əhmədağa İbrahimovun oğlunu yenə işsiz qoymadı. Onu bu dəfə birləşdirilmiş idarəyə müavin təyin ediblər...".
Mənbə İbrahimovlarla Zakir Quliyevin arasındaki isti münasibətlər, o cümlədən bölgənin su, meşə təsərrüfatından tutmuş, bir çox sahələrə qədər bu cütlüyün necə nüfuz etmələri barədə maraqlı iddialardan söz açıb.
Bu və ya digər məqamlarla bağlı dəqiqləşdirmələrimiz davam edir.
Yeri gəlmişkən, Ə.İbrahimovun digər oğlu Orxan İbrahimov 2020-ci ildən Şirvan Şəhər İcra hakimiyyəti başçısı İlqar Abbasovun müavini işləyir...
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi