Ərdoğan Blinkenlə hava limanında görüşdü: "PKK və onun uzantılarına göz açdırmayacağıq" - FOTO
13-12-2024 [11:20]
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya təcili səfər edən ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Blinkeni Esenboğa hava limanında Xarici İşlər Protokolunun baş direktoru səfir Əhməd Cəmil Miroğlu və ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Maykl Qoldman, eləcə də bir çox rəsmi şəxslər qarşılayıblar.
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni Esenboğa Hava Limanı Dövlət Qonaqxanasında qəbul edib.
Suriyada 61 illik Baas rejiminin süqutundan sonrakı tarixi günlərdə keçirilən görüşdə bölgədəki son vəziyyət dəyərləndirilib, Türkiyənin mövqeyi müzakirə olunub.
Ərdoğan Türkiyənin bəribaşdan Suriyanın ərazi bütövlüyü, birliyi və unitar dövlət quruluşunun qorunub saxlanmasının tərəfdarı olduğunu deyib. Əlavə edib ki, beynəlxalq ictimaiyyət Suriyadakı qurumların dirçəldilməsi və dağılmış ölkə infrastrukturunun yenidən qurulmasına çalışmalıdır.
Türkiyə lideri daha sonra ABŞ-ın Suriyada silahlandırdığı YPG/PKK qüvvələrinə toxunub və çox açıq xəbərdarlıq edib: "Türkiyə Suriyada fəaliyyət göstərən və Türkiyə üçün təhlükə mənbəyi olan PKK/PYD/YPG və İŞİD terror təşkilatları başda olmaqla, bütün terror təşkilatlarına qarşı ilk növbədə öz milli təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər görəcək. Çox yaxşı bilirisniz ki, İŞİD-ə qarşı gerçək mübarizə aparan yeganə ölkə bizik. Biz bundna sonra da milli təhlükəsizliyimiz üçün hər cür addımı atacaq və PKK və monun uzantıları daxil heç bir qüvvəyə göz açdırmayacağıq".
Onu da qeyd edək ki, qəbulda xarici işlər naziri Hakan Fidan, kommunikasiyalar direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və prezidentin özəl katibi Həsən Doğan da iştirak edib.
Blinken bu görüşdən sonra Hakan Fidanla görüşüb.
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi