Dövlət reyestrinə bütün vacib dərmanlar salınıbmı? - Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi susur və... (Deputat və həkim rəyi)
12-12-2024 [10:05]
Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər (həkimlər) cərimələnəcək. Bunu edən həkimlərə 100-dən 150 manatadək, hüquqi şəxslərə isə 300-dən 400 manatadək cərimə nəzərdə tutulub. Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə kimi təklif edilən yeni -221.12-ci maddədə əksini tapıb.
Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qeydiyyatdan keçməyən dərmanları satan, satış məqsədilə saxlayan və ya idxal edən şəxslər də cərimələnəcək. Vəzifəli şəxslər 2 mindən 2 min 500 manatadək, hüquqi şəxslər isə 7 min manatdan 9 min manatadək cərimə ediləcək.
Uzun illərdir ölkədə "firma dərmanları" deyilən dərmanların satılması və həkimlərin onları pasiyentlərə yazması barədə şikayətlər eşidilir. Bəzi iddialara görə, həmin dərmanların bir qisminin keyfiyyətində də problemlər var. Amma hələ də belə dərmanların satıldığı bildirilir.
Mövcud qanunvericilikdə dərman vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi ilə bağlı qaydalar mövcuddur.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədov "Turan"a bildirib ki, istər yerli, istərsə də xarici istehsallı dərmanların hər biri mərkəzləşdirilmiş qaydada dövlət qeydiyyatından keçir: "Qeydiyyatdan həm dərmanın tərkibi, həm də ticarət adı keçir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dərmanın bütün keyfiyyət parametrlərinə uyğunluğunu, insan sağlamlığı üçün təhlükəsizliyini, əks təsirlərini müəyyən edir, sonra isə ölkə ərazisində onların istifadəsinə icazə verilir".
Onun sözlərinə görə, dərmanlar bəzən təsadüfən, bəzən də qəsdən dövlət qeydiyyatına salınmaya bilər.
Deputatın fikrincə, həmin qeydiyyata salınmayan dərmanların ölkəyə hər hansı yolla gətirilməsi mümkün ola bilər: "Müvafiq orqanlar tərəfindən belə cəhdlərin qarşısı alınır. Amma birdən qanunsuz yolla dərman ölkəyə gəlibsə, qanunvericiliyə edilmiş həmin dəyişiklik vasitəsilə onun reseptə yazılmasının qarşısı alınır".
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və ölkəyə dərman vasitələri idxal edən şirkətlər ilə danışmaq mümkün olmayıb.
Həkim-radioloq Aydın Əliyev AzadlıqRadiosuna açıqlamasında incə nüanslara diqqət çəkir: "Dövlət reyestrinə bütün vacib dərmanlar salınıbmı? Bu məsələ gərək araşdırılsın... Yalnız adlar salınıbsa və bir dərmanın adı varsa, digərinin tərkibi eyni olsa da, reyestrdə yoxdursa, bu, yanlış addımdır. Eyni zamanda, laborator yoxlanışlar olmalıdır ki, fərqli dərmanların tərkibi eyni olsa da, keyfiyyət fərqi ola bilər".
Ekspertin sözlərinə görə, "firma dərmanı" adlandırılan dərman əslində keyfiyyətli olmalıdır, çünki şirkətin adı ilə bağlıdır: "Amma bizdə bu məsələdə deformasiya var. Bu dərmanlar maya dəyərindən qat-qat baha qiymətə satılır, keyfiyyət problemi də var. Dərman idxalında sağlam rəqabət olmadığına görə keyfiyyətə də mənfi təsir edir. Dərman sektorunda monopoliyanın olması keyfiyyətə və qiymətə təsir edir. Monopolist fikirləşir ki, onsuz da mənim alternativim yoxdur"(Pressklub.az)
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi