"Bu anarxiyaya son qoyun!" - İcra başçısı rektoru hədələyib

img

23-07-2014 [14:58]


Gəncə Dövlət Universitetindən Mia.az-a daha bir şikayət məktubu daxil olub. GDU-nun müəllimləri prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova müraciət edərək, sözügedən təhsil ocağında yaşanan xoşagəlməz olaylara müdaxilə ediləməsini xahiş ediiblər.

Mia.az xəbər verir ki, bu müraciət digər saytlarda daha geniş yayılıb. Odur ki, bu müraciətdə əsas bir xəbəri diqqətə çatdırırıq:

"Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivinin universitetdəki özbaşınalıqlarla bağlı möhtərəm Prezidentə müraciətindən sonra Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev də məsələyə münasibət bildirdi. Belə ki, Elmar Vəliyevin yarımillik hesabat yıgıncagında sərt tənqid olunacaqlarını bilən rektor Yusif Yusifov, prorektor Asif Cavadov iclasa gəlmədi. 

Məlumat üçün qeyd edək ki, icra hakimiyyətində işləyən yaxınları tərəfindən GDU rəhbərliyi Elmar Vəliyevin sərt tənqidi ilə üzləşəcəkləri barədə əvvəlcədən məlumatlandırılmışdılar. 

Yığıncaqda Elmar Vəliyev üzünü GDU-nun tədris işləri üzrə prorektoru Fəxrəddin Məmmədova tutaraq dedi:

"Mən başa düşə bilmirəm ki, GDU-da bu özbaşınalıqlar nə vaxta qədər davam edəcək? Yusif müəllim keçmiş rektor Yadigar Əliyevin atasına rəhmət oxutdurur. Mən saytlarda gedən yazını oxumuşam, bunlar hamısı həqiqətdir, orada yalan yazılmayıb. Bu biabırçılıqları aradan qaldırmağı tələb edirəm. Mən Asif Cavadovun prorektor təyin olunmasının əleyhinəydim. Bilirdim ki, Asif Cavadov tutduğu vəzifəyə yaraşmayan əməllərinə görə vəzifədən qovulmuşdu. Onun bu vəzifəyə layiq olmadıgına baxmayaraq, Yusif müəllim nədənsə xahiş edib, nazirə onu bu vəzifəyə təyin etdirdi. İndi isə həm rektordan, həm də universitetin digər rəhbər şəxslərindən böyük narazılıqlar var. Fəxrəddin müəllim, Sən orada mənim görən gözümsən. Mən tələb edirəm ki, bu anarxiyaya son qoyasız".

Onu da qeyd edək ki, yeni rektor Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qardaşıdır. O, əvvəlki rektordan universitetin möhürünü qeyri-qanuni alaraq, onu universitetə buraxmamaqla, GDU-nun tarixinə "unudulmaz sima" kimi düşüb... 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA