23-07-2014 [12:04]
Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 29/4b, mənzil 12-də qeydiyyatda olan, 1979-cu il təvəllüdlü Əlişov Şahlar Şakir oğlu Yasamal rayon Dövlət Yol Polisi Şöbəsində döyüldüyünü iddia edir.
Şahlar Əlişov Avtosfer.az saytına ünvanladığı müraciətdə bildirib ki, artıq məsələ ilə bağlı Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, general-mayor Rasim Musayevə, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova şikayət ərizəsi ilə müraciət edib. Şikayətçi bildirir ki, 15.07.2014-cü ildə dövlət məmuru tərəfindən döyülüb və təhqir olunub: «Belə ki, bir ay bundan öncə DYP xidmətinin əməkdaşı mənə məxsus olan «Chevrolet Aveo» markalı, 50-CG-541 dövlət nömrə nişanlı avtomobilin sənədlərini yoxlayarkən bildirdi ki, avtomobilin Bakı şəhəri. Yasamal rayon DYP Şöbəsində MMX radarı var və mütləq vaxt edib ora baş çəkim. Bununla bağlı 15.07.2014-cü il tarixdə Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinə baş çəkdim. Saat 9:50-dən etibarən xahiş etdim ki, məni kimsə qəbul edib məsələ ilə bağlı məlumat versin, Lakin kimə müraciət etdimsə (qəbul otağinda olan mülki geyimdə olan və özünü polis işçisi kimi qələmə verən adamlar) mənə "gözlə, hələ işə gəlməyiblər, gəlsinlər sonra çağırarıq” cavabını verdilər. 10:20 radələrində səbrim tükənərək "102 qaynar xətt” xidmətinə müraciət etdikdən 5 dəqiqə sonra məni Asif adlı bir şəxs qəbul edərək bildirdi ki, mənim avtomobilimə bir ildir həbs qoyulub, Guya mən 21.06.2013 cü ildə Bakı şəhəri ərazisində - Dairəvi Yolda qəza törədib hadisə yerindən yayınmışam. Mən «kalendara» baxdıqdan sonra bildirdim ki, həmin vaxt mən işdə olmuşam. Əgər doğurdan da mən qəza torətmişəmsə, mənə maddi subut gətirsinlər və ya vətəndaşı çağırsınlar. Asif müəllim bildirdi ki, o zaman iş yerindən arayış gətir. Bundan sonra mən saat 16: 20 radələrində yenidən Yasamal rayon DYPŞ-nə iş yerindən arayışı təqdim etmək üçün gələrkən idarənin 2-ci mərtəbəsində "Qəbul otağında” polis mayoru Kamil Qəhrəmanliya gödəkboylu, dolu bədənli, mülki geyimdə olan şəxs "Həmin oğlandir , özü gəldi»- deyə, məni nişan verdi. Mən mayor Kamil Qəhrəmanlı ilə görüşdüm və işə aydınlıq gətrilməsini xahiş etdim. Əvəzində cənab mayor məni səs tonunu qaldıraraq polisə yaraşmayan sözlərlə təhqir etdi. Mən ondan ad və soyadını soyləməsini rica etdiyimdə, yanında olan yuxarıda qeyd etdiyim mülki şəxslə birlikdə mənə fiziki təzyiq göstərməyə başladılar. Qolumu burub ayağıma təpiklə vurdular, sinəmə yumruqla, arxadan bel kəmərimdən tutaraq başıma vurmağa başladılar. Bundan sonra məni dartaraq pilləkənlərdən aşağı salıb yaxınlıqda yerləşən Yasamal rayon Polis İdarəsinə aparıb «Növbətçi hissə»yə təhvil verdilər. Məsələ ilə bağlı mən baş təhqiqatçı polis mayoru Məhərrəm Hüseynovun yanında geniş izahat vermişəm.
Biz azad, suveren, demokratik, hüquqi bir dövlətdə yaşayarıq. Hər bir vətəndaşın öz hüququnu tələb etmək hüququ var. Bunu mən yox, Azərbaycan Respublikasının Konstitutsiyası deyir. Hər bir dövlət məmurunda vətəndaşı sakit dinləyib ona izahat vermək bacarığı olmalıdır. Mən qanunun aliliyinə inanırdım, amma artıq inanmıram. Əgər bu cür məmurlar mənə izahat vermək əvəzinə, yumruqla, şillə-təpiklə dövlətin ona verdiyi səlahiyyətlərdən istifadə etməklə danışırsa, demək, polis nə istəyirsə onu edir, xoşuna gəlməyən adamı, hüququnu tələb edən vətəndaşı əzir, doyür, hələ cinayət işi açacağını da aşkar şəkildə bildirir. Mənə inanmirsinızsa, idarənin kamera görüntülırinə nəzər yetirin».
Şahlar Əlişov güman edir ki, Kamil Qəhrəmanlının bu davranışı barəsində ciddi ölçü götürüləcək və ona bu barədə məlumat veriləcək: «Mən onların yetirdiyi xəsarətlərə görə tibbi müayinədən keçmişəm. Müayinənin də nəticələri təhqiqatçıya verilməli idi. Amma hələ də mənə məlumat verilmir ki, müayinə cavabları onlara çatıb, ya yox».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi