23-07-2014 [11:41]
"Böyük alimlər həmişə vəzifəni elmə qurban veriblər. Bu alimlərin bioqrafiyasına diqqət etdikdə görürük ki, onların heç biri nə siyasətlə məşğul olub, nə də dövlətdə vəzifə tutublar.
Bəs bizdə necədir? Bizim üzdə olan alimlərimizin əksəriyyəti bir neçə vəzifə tutur, həm də siyasətlə məşğul olurlar. Hansı vəzifəni versələr yaşından asılı olmayaraq dərhal qəbul edirlər. Bunlardan biri də akademik Əhliman Əmiraslanovdur.
Əhliman Əmiraslanov millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universiteti onkologiya kafedrasının müdiri, Azərbaycan Tibb Universitetinin onkoloji klinikasının ditrektorudur. O, həm də ATU-nun Tədris-Cərrahiyyə Klinikasına rəhbərlik edir. 1992-ci ildə Əbülfəz Elçibəyin Azərbaycan Tibb Universitetinə təyin etdiyi Əhliman Əmiraslanov indi də həmin universitetin rektorudur.
Başqa sözlə, Əhliman Əmiraslanov 22 ildir bu ali tibb ocağına rəhbərlik edir. Onun rəhbərliyi dövründə ali məktəb inkişaf etmək əvəzinə geriləyib. Bu ali məktəbin dünya tibb ali məktəblərinin reytinq cədvəlində adı yoxdur. Çünki tədris sovet tibb təhsilinin şinelindən hələ də çıxa bilməyib. Bu ali məktəbdə 20-30, hətta 40 il bundan öncə kafedra müdiri vəzifəsini tutanlar elə indi də yerlərindədirlər. Başqa sözlə, universitet yenilənmir. Belə çıxır ki, həmin kafedralarda kadr hazırlığı işləri aparılmır. Tam perspektivsizliyə düçar olmuş gənc və orta yaşlı alimlər ölkəni tərk edirlər. Universiteti regionçuluq başına götürüb. Diqqət edin, Əhliman Əmiraslanov indiyə qədər universitetin onkologiya kafedrasında müdir vəzifəsini tuta biləcək kadr yetişdirə bilməyib. Sual olunur, bu qədər vəzifələri tutan belə bir Azərbaycan alimi necə vaxt tapıb həm də kafedraya rəhbərlik edir?
Onun rəhbərlik etdiyi Onkoloji Klinikada vətəndaşların dərisini soymaqla yanaşı onlarda xəstəliklərinin müalicə olunmasına ümidsizlik yaradırlar. İnsanlar həftələrlə USM-dən keçmək üçün növbələrə dururlar. Əsəb gərginliyi, həkim etinasızlığı bu klinikanı başına götürüb. Ölkənin üzdə olan həkimlərindən biri olan Əhliman Əmiraslanov nədən başqa klinikaların USM-nə inanmır? Əməliyyatdan sonra xəstələrə müəyyənləşdirilmiş məbləğ xanım assistent və həkimlər tərəfindən alınır. Dəhşət burasıdır ki, verilən məbləğin müqabilində vətəndaşlara qəbz verilmir. Bütün bunların başında duran baş həkim Nəsimi Qasımovdur. O, şübhəsiz ki, direktorun tapşırığını yerinə yetirir. Bu klinikanın bayırda yerləşən ayaqyolusu dəmiryol vağzalının ayaqyolusuna bənzəyir. Orada da çox vaxt USM-də olduğu kimi növbə yaranır.
Azərbaycan vətəndaşlarının əlacsız qalmalarından istifadə edənlər onlara əzab verirlər. Alternativ olmadığı üçün hamı Əmiraslanovun klinikası deyib, durub.
Əhliman Əmiraslanovun üçüncü böyük gəlir yeri ATU-nun Tədris-Cərrahiyyə Klinikasıdır. Ölkə başçısı İlham Əliyevin bu yaxınlarda açılışını etdiyi bu klinika vətəndaşları xeyli sevindirmişdi. Ancaq bu belə olmada. Bura daxil olan xəstəyə dərhal kassanı göstərirlər. Qiymətlər isə od tutub yanır.
İndi Əhliman Əmiraslanovun monopoliyasında olanlara diqqət edin. Azərbaycan Dövlət Tibb Universiteti, Tibb Universitetinin Onkoloji Klinikası, ATU-nun Tədris-Cərrahiyyə Klinikası, Azərbaycan Milli Elmlər Akademiyasının biologiya elmləri bölməsi və s.
Bu yaxınlarda Tibb Universitetinin bir qrup tələbəsinin müraciəti yayılmışdı. Həmin müraciətdə deyilirdi:
"Dövlətimizin pul ayıraraq tikdiyi klinikanı (Tədris-Cərrahiyyə Klinikası) rektorumuz muzeyə çevirib. Yəni həftədə bir dəfə gedib oranı gəzirik. Sadəcə, gəzirik. Təcrübə üçün Yeni Kürdəxanı qəsəbəsindəki M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasına gedirik. Bizi universitetimizin qonşuluğunda yerləşən və müasir tələblərə cavab verən yeni klinikaya göndərmək əvəzinə, Yeni Kürdəxanı qəsəbəsində yerləşən və olduqca bərbad vəziyyətdə olan klinikaya göndərirlər. Sinif otaqlarımız acınacaqlı vəziyyətdədir. Heç bir şəraitimiz yoxdur. Gedib bir-iki saat sinifdə oturub gəlirik. Yol uzaq olduğundan çox vaxt müəllimlərimiz də dərsə gəlmir. Bu barədə bir neçə dəfə yığışıb universitetin rektoruna yazılı müraciət etmişik. Amma nə cavab almışıq, nə də ki problemin həlli istiqamətində hər hansı bir iş görülüb”
Əhliman Əmiraslanov haqda redaksiyamıza başqa məlumatlar da daxil olub. Məsələn, onun Nəsimi Qasımovla başqa istiqamətlər üzrə heyrətamiz əlaqələrindən bəhs edən xəbər almışıq. Yaxın saylarda həmin xəbərin detallarını dəqiqləşdirib çap edəcəyik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi