22-07-2014 [21:50]
Qarabağ qazisi, keçmiş döyüşçü Vaqif Əlisoy Kütləvi Informasiya Vasitələrinə, xəbər portallarına, Azərbaycan xalqına müraciət edib. MİA-ya daxil olan müraciəti olduğu kimi təqdim edirik.
Kəlbəcərdə əsir düşmüş Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun barəsində ermənilərin yaydığı məlumatların mahiyyətinə və məqsədinə fikir vermədən bizim xəbər portallarının da təkrar yayması məni çox narahat edir. Nəzərə alın ki, bu informasiyalar qərəzli və təxribat xarakterli ola bilər. Xüsusən də Həsən Həsəonovun öldürülməsi barədə xəbərlər və onun fotolarının yayılması məqsədli ola bilər. Soydaşımızın fotosunun yerləşdirilməsi hələ məlumatın dəqiqliyini təsdiqləyən dəlil sayıla bilməz. Belə məlumatlara inanmayın. Saytlarımız da bunu ermənilərin yaydığını qeyd edib. Şəkillər Həsənin facebook profilindən götürülüb. Üstəlik, erməni saytları da bu məsələ ilə bağlı bir çox hallarda bizim yanlış informasiyalara əsaslanır. Göründüyü kimi, bəzən özümüz də bilmədən erməniyə isləyirik.
Mən bir neçə gün əvvəl Kəpəz TV-də Dilqəm barədə gedən sujetlə bağlı Nusiravan Məhərrəmliyə kəskin etirazımı bildirdim. Həmin kadrları həmin gün ermənilər dünyaya yaydılar. "Modern.az" sayti vasitəsi ilə bütün mətbuat işçilərinə son dərəcə ehtiyatlı olmağı xahiş etdim. Nəticəsi nə oldu? Bu gün də Həsən haqda məlumat yaydılar. Bununla nə demək istəyirsiniz, bəylər! Başımıza bu qədər iş gəlir, həqiqəti başa düsmək üçün 20 illik təcrübə kifayət etmədimi? Biz onlar kimi ola bilmədik, namusu, qeyrəti unutduq. Onlar isə bunu bacarmadılar, getdilər , bayrağımızı Kəlbəcərdə dalğalandırdılar. Dedilər, "Lazım” gəlməyəcək. Maraqlıdır, "Lazım” kimdir ki? Hər bir kəs anlamalıdır ki, bu onun özüdür. Onlaq bizim kimi qol götürüb oynamadılar, arsız-arsız Qarabağ haqda oxumadılar, seir demədilər. Dağılmış evlərimizi, dədə-baba qəbirlərimizi bizlərə göstərməklə dərs keçdilər.Bütün bunlardan sonra bu millət, əsas da Qarabağ camaatı susacaqsa, öz qeyrətli balalarına sahib çıxmayacaqsa ən ağır sözlərə layiqdir.
Sonda bir şeyi demək istəyirəm ki, Dilqəm və Şahbazin taleyi məlumdur. Əsas narahatçılıq Həsəndəndir. Biz bu istiqamətdə müəyyən addımlar atmışıq. Ukraynada Elxan və Elşən bəy, Almaniyada İlham Həsənov, jurnalist Könül xanım, İsveçdə hərəkatçı qardaşımız Teymur Eminbəyli müəyyən işlər görür, buna gorə sağ olsunlar. Xaricdə olan qardaşlarımıza, diaspora numayəndələrinə müraciət edirik ki, yaşadıqları olkələrdəki erməni səfirlikləri qarşısında davamlı etiraz aksiyaları kecirsinlər, Qırmızı Xaç cəmiyyətləri ilə görüşüb, həqiqəti söyləsinlər. Dünya Azərbaycanlıları Konqresi və onun rəhbəri S.Rüstəmxanlı hardadır?
Ümid edirəm ki, bir az emosional yazılmış bu müraciət səmimi qəbul olunacaq. Qoy müqəddəs Ramazan ayı girov qardaşlarımızın köməyi olsun. Bizə isə səbir, dözüm verməsin. 1988 -ci ildə olduğu kimi qeyrətimizi, kişiliyimizi özümüzə qaytarsın ki, gələcəkdə balalarımız və nəvələrimiz gorumuza söyməsin!
Qarabağ qazisi, keçmiş döyüşçü Vaqif Əlisoy
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi