“Onsuz da bütün davaların sonu barışıqdır, barışsınlar”
04-12-2024 [14:31]
Sənətçi Murad Arifin Xalq artisti Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onun müdafiəsinə qalxması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu açıqlama daha çox qızışdırıcı mövqe kimi qəbul olunub.
“Narodnıy artist” o demək deyil ki, əlinə balta götür, çıx küçəyə…”
Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov Musavat.com-a Murad Arifin mövqeyinin qəbuledilməz olduğunu deyib:
“Murad Arif nahaq yerə o şəkildə açıqlama verir. “Narodnıy artist” o demək deyil ki, əlinə balta götür, çıx küçəyə, kimi istəyirsən get öldür. Bu yanaşma, bu izah, bu traktovka, tərəfkeşlik düz deyil”.
“Onsuz da bütün davaların sonu barışıqdır, barışsınlar”
Şeyx Əbdül Mahmudbəyov tərəflərin barışığı üçün səyləri birləşdirməyin vacibliyini vurğulayıb:
“Allahın bir bağışlamaq, tövbə qapısı da var. Ola bilər ki, Ağadadaş əsəbiləşib, qızışdırıblar və ya xalq artisti adına arxayın olub. Gərək belə bir hadisə olmaya idi. O, mühafizəçini balta ilə qovub, balta atıb, o da Ağadadaşın cavabını verib. Bu hadisə olmamalı idi. Olubsa, onsuz da bütün davaların sonu barışıqdır, barışsınlar. Hadisə olur, ölüm-itim baş verir. Adam da ağsaqqalları yığıb gəlir qapısına, deyir lənət şeytana, hadisədir, olub. Barışırlar, məsələ bitir. Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?
O hadisənin birinci hissəsində günah Ağadadaşdadır. Baltaya qədər günah ondadır. Balta atılandan sonra isə mühafizəçi onu vurub yerə yıxır, az qala ölüsünə də vurur.
“Yoxsa kim səhər tezdən baltanı götürüb vikinq kimi camaatı o şəkildə qovar?”
Şeyx Əbdül Mahmudbəyov deyib ki, Ağadadaş Ağayevin sənətə gəlməsində xüsusi rolu olan şəxs kimi bu məsələnin sülhlə həll edilməsi üçün efirdən çıxış edib:
“Ağadadaş Ağayev hər zaman mənim diqqətimdə olub. Onu abırlı, ismətli adam kimi tanımışam. Doğrusu, balta əhvalatını eşidəndə dəhşətə gəldim. Səhər tezdən, şortikdə, ayaqyalın, əlində balta videonu gördüm. Baxdım, dəhşət məni bürüdü. Deməli, o məqamda insanın əsəbləri yerində olmayıb. Psixologiyasında nəsə olub. Yoxsa kim səhər tezdən, baltanı götürüb vikinq kimi camaatı o şəkildə qovar?”
“Niyə bu üzrxahlıq qəbul edilməsin?”
Şeyx Əbdül Mahmudbəyovun mühafizəçi Nurəddin Cəlilovun TV Müsavatın efirindən Ağadadaş Ağayevə barışıq əli uzatmasına münasibəti belə olub:
“Təəssüf edirəm ki, mühafizəçinin mətbuat üzərindən etdiyi üzrxahlığı qəbul olunmayıb. Niyə bu üzrxahlıq qəbul edilməsin? Ortada ölüm yoxdur, qan düşmənçiliyi, ədavət yoxdur. Əsəbiləşiblər, biri balta atıb, o biri də əngini əzib, bu məsələ olub bitib. Bundan şou düzəltməyə nə ehtiyac var?”
“Ağadadaşı əlində balta ilə vikinq etdilər”
Şeyx Əbdül Mahmudbəyov deyib ki, məsələ barışıq yolu ilə həll olunmalıdır:
“Ağadadaş Ağayev xalq artisti olmazdan əvvəl bir insandır. Əsəbiləşib, bu hadisə olub. Daha niyə bu xalq artisti adını bir qulp kimi qoyurlar, bax bu mənə çatmır. İlk gündən demişəm ki, barışıq olmalıdır, zilə çıxmağa da ehtiyac yoxdur. Bu işi davam etdirməyin məntiqi yoxdur. Kənar müdaxilələrə də ehtiyac yoxdur. Orada iki nəfər xəsarət alıb, biri də qadındır. Hərə kənardan bir söz deyir, məsələ qızışır, şou düzəlir. Ona görə də kimsənin müdaxiləsinə ehtiyac yoxdur. Mən şeyxəm, 81 yaşlı ağsaqqalam, Xalq artistiyəm. Hər iki tərəfi barışığa çağırıram. “Lənət şeytana” deyib barışsınlar. Qanun da, məhkəmə də bu işi yoluna qoysun. Qanunun birinci şərti barışıq təklif etməkdir. Kənardan replikaya ehtiyac yoxdur. Murad Arif də nahaq yerə o şəkildə açıqlama verir. “Narodnıy artist” o demək deyil ki, əlinə balta götür, çıx küçəyə, kimi istəyirsən get öldür. Bu yanaşma, bu izah, bu traktovka, tərəfkeşlik düz deyil.
Ərkim çatır ki, hər iki tərəfə deyim – məsələni ictimailəşdirməsinlər. Daha nələr etmədilər. Ağadadaşı əlində balta ilə vikinq etdilər”.
“Vəkillərdən, məhkəmədən xahiş edirəm, yanan tonqalın üstünə od tökməsinlər”
Şeyx Əbdül Mahmudbəyov sənət adamlarının da yanaşmasının xoşagələn olmadığını bildirib:
“Bu gün sənət yoldaşlığı yoxdur. Müsahibələri, şəkilləri gördüm. Musiqi mühitindən necə təhqiramiz, ironik şəkillər, replikalar gördüm. Vəkillərdən, məhkəmədən xahiş edirəm yanan tonqalın üstünə od tökməsinlər. Ortada ölüm yox, ədavət yoxdur”.
“Xalq artisti adı kimsəyə qanundan kənar əməllər etmək hüququ vermir və edə də bilməz”
Şeyx Əbdül Mahmudbəyov “hər iki tərəfi dəvət edib barışdıra bilərsinizmi” sualına belə cavab verib:
“Mən efirdən Ağadadaşa müraciət etdim. O da zəng edib dedi ki, ağsaqqalsan, mənlik nə varsa, hazıram. Bizim nəsil Şirvanda qan yatıran nəsil olub. Bu adamlar barışsın. Bəlkə elə olacaq ki, bir-birlərinin xeyir-şərində iştirak edəcəklər. Qızışdırıb düşmənçiliyin dərinləşdirilməsinə nə ehtiyac var? Mənəm-mənəmlik, hikkə kənara qoyulmalı, barışıq olmalıdır. Xalq artisti adı kimsəyə qanundan kənar əməllər etmək hüququ vermir və edə də bilməz. Bu ad sənətə verilən statusdur. Bu, səhv anlayışdır ki, xalq artisti nə istəsə edə bilər. Yanlış düşüncədir. Məsələyə nöqtə qoyulmalıdır. Həmkar dostlar da tərəfkeşlik etməsinlər. Obyektiv şəkildə hər iki tərəf barışığa dəvət olunmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi