Mərkəzi Bank sədrinin 753 əmlakına "əl qoyulub" - Vəzifədən azad olunandan bir il sonra...
04-12-2024 [09:47]
Nigeriyada İqtisadi və Maliyyə Cinayətləri Komissiyası (EFCC) vəzifədən azad olunan Mərkəzi Bank sədrinə qarşı genişmiqyaslı korrupsiya əməliyyatına start verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qısa zamanda korrupsiya ittihamı ilə paytaxt Abucada 753 mülkün üzərinə həbs qoyulub.
Bu barədə yayılan açıqlamada müsadirə olunan torpaqlar və dəbdəbəli evlərin konkret olaraq kimə məxsus olması barədə məlumat verilməsə də, onların Mərkəzi Bankın ötən il vəzifədən azad olunan sədrinə məxsus olduğu haqda təkzibolunmaz xəbərlər var: "Həmin mülklər Nigeriya Mərkəzi Bankının keçmiş sədri, korrupsiya səbəbi ilə vəzifəsindən uzaqlaşdırılan Qodvin Emefieleyə aid olduğu sirr deyil. İddialar var ki, o, dövlətin milyonlarla dollarını qanunsuz əməliyyatlarla mənimsəyib...".
Xatırladaq ki, Nigeriya prezidenti Bola Əhməd Tinubu 9 iyun 2023-cü ildə Nigeriya Mərkəzi Bankının sədri Emefieleni vəzifəsindən azad edib. Emefiele iyunun 10-da xaricə qaçmaq istəyərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O, iyulun 25-də qanunsuz odlu silah və sursat saxlamaq ittihamı ilə hakim qarşısına çıxarılsa da, 20 milyon naira (təxminən 26 min dollar) girov müqabilində sərbəst buraxılıb. Ancaq məhkəmə çıxışından sonra Nigeriya Dövlət Təhlükəsizlik Xidməti tərəfindən o, yenidən qandallanıb.
Lamiyə Əhmədli
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi