22-07-2014 [21:12]
Milli Dirçəliş Hərəkatı Partiyası jurnalistləri təbrik edib.
Mia.az həmin təbrik məktubunu təqdim edir:
"1875-ci il iyulun 22-dən nəşrinə başlamaqla Azərbaycan mətbuatının əsasını qoymuş hesab olunan "Əkinçi” qəzetinin əsas missiyası maarifləndirmə idi. Bu səbəbdən qısa bir zamanda ölkənin ən nüfuzlu ziyalılarını ətrafında cəmləşdirən "Əkinçi”, bununla Azərbaycan mətbuatının prinsipial istiqamətini və fəaliyyət ən-ənəsi formasını yaratmış oldu. Çünki, ilk qəzetimiz sayılan "Əkinçi”-nin qurucusu Həsən bəy Zərdabinin prinsipi o idi ki, "Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur"
Həsən bəy Zərdabi qəzetin ilk sayında yazmışdı: "Necə ki, bir bulağın suyunun altına nə
qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş
mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru söz mürur ilə
qanmazın başını deşib onun beyninə əsər edər".
Bu gün isə mətbuat
dünyada ən böyük silah hesab olunur. Müasir dünyada həm iqtisadi, həm də hərbi
güc media qarşısanda acizdir. Hətta sərhəd tanımayan mədəniyyəti belə qəfəsə
salma gücünə sahibdir media. Amerika kəşfiyyatının nüfuzlu nümayəndəsi Cozef Noi deyirdi ki,
"Yumşaq güc, beynəlxalq düşüncənin formalaşması deməkdir ki, bunun da ən önəmli
vasitəsi mediyadır. Dünyanın mediya ilə idarə edilməsi silahla idarəetmədən çox
ucuz başa gəlir. Və dünya üzərində daha çox təsirə malikdir”.
Bütün bunlar isə onun ifadəsidir
ki, əslində müasir dünyamızda bəşəriyyətin və onun da içində ölkəmizin və millətimizin
taleyinin məsuliyyətinin əsas ağırlığı mətbuat işçilərinin üzərinəı düşür! Təməl
prinsipinə uyğun olaraq, Azərbaycan mətbuatının bu gün də əsas missiyası
maarifləndirmədir. Hər bir media nümayəndəsi işində anlamalıdır ki, onun media
olaraq ifadə etdikləri cəmiyyət üçün, Həsən bəy Zərdabinin dediyi kimi, daşın
üzərinə tökülən sudur.
Yaranandan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan
mətbuatı, daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Azərbaycanın Quzeyində müstəqillik qazandıqdan sonra, burada mətbuatımızın da
müstəqilliyi formalaşmağa başladı. Xüsusən, 1998-ci ilin avqustunda senzuranın
ləğvi Azərbaycan Respublikasında mətbuatın inkişafına ciddi təkan verdi.
Düzdür, Respublikamızda bu gün əcnəbi güclərin maraqları altında fəaliyyət göstərən
media orqanlarımız da var. Lakin, Güney Azərbaycanda isə ümumiyyətlə nə milli mətbuatdan,
danışmaq mümkündür, nə də müstəqil mətbuatdan. Güneydə nəinki azad sözü
boğurlar, hətta azad söz deyəni də boğurlar – asaraq boğub öldürürlər. Hər il
Güney Azərbaycanda neçə-neçə jurnalist öz fikrini ifadə etdiyi üçün, molla
rejimi tərəfindən edam edilir və ya zindanlara atılır. Bu səbəbdən, çox təəsüf
ki, mediamızın bu günkü milli bayramının sevincindən güneyli soydaşlarımıza pay
düşməyib. Ona görə də hər bir media nümayəndəsi, güneyli həmkarlarının haqq səsinin
dünyaya çatdırılmasında da rol oynamalıdır. Bir toplum olaraq Güney azərbaycanlılar
üçün də milli və müstəqil mətbuat zəruridir.
Beləliklə, biz bu gün Azərbaycanın
bir hissəsində milli mətbuat günümüzü qeyd edirik. Milli Dirçəliş Hərəkatı
Partiyası olaraq bütün mediamızın öz fəaliyyət istiqamətinə uyğun olaraq, doğru xəbər və maarifləndirməyə
xidmət etməsi arzusuyla, bütün media nümayəndələrimizi "22 İyul - Milli Mətbuat
Günü” münasibətiylə təbrik edirik!".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi