"Mətbuat işçiləri bizim ən yaxın köməkçilərimizdir" - Elmar Vəliyev

img

22-07-2014 [21:01]


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Milli Mətbuat günü münasibətilə mətbuat işçilərini təbrik edib. 


Təbrik Gəncə Şəhər İcra Hakimiyyətinin facebook hesabında paylaşılıb:

"Gördüyümüz işlərdə mətbuat işçiləri bizim ən yaxın köməkçilərimizdir. Demək olar ki, fəaliyyətimiz boyu onlar bizimlə çiyin-çiyinə çalışırlar, fədakarlıq göstərirlər, şəhərin yüksəlişində qüvvə və bacarıqlarını əsirgəmirlər.

Gəncə şəhər rəhbərliyi olaraq, milli mətbuat günü münasibətilə KİV nümayəndələrini, şəhərimizdə fəaliyyət göstərən region jurnalistlərini, bütün mətbuat işçilərini ürəkdən təbrik edir, hər zaman onlara iti qələm, parlaq zəka, ən gözəl nemət olan can sağlığı, yeni yaradıcılıq uğurları, səadət, əmin-amanlıq, ülvi və xoş duyğular arzulayıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA