ABŞ SURİYADAKI PROSESİ NİYƏ SAKİTCƏ SEYR EDİR? - "Müxalifətin irəliləyişləri Rusiya və İranın zəiflədiyini göstərir, biz isə..."
02-12-2024 [09:49]
Suriyada Əsəd rejiminə qarşı silahlı müxalif qrupların sürətlə üstünlük sağlamasına rəsmi Vaşinqtondan geniş izahat verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "CNN Haber" kanalına eksklüzv açıqlama verən Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Hələb və İdlibin tamamilə ələ keçirilməsini təbii sayıb.
Onun sözlərinə görə, müxalif qruplar yaranan əlverişli fürsəti yaxşı dəyərləndiriblər: "Müxaliflər illərdir onları təhdid altında saxlayan üç aktorun - İran, Rusiya, "Hizbullah"ın gücdən düşməsindən yararlanaraq gözlənilməz sürətlə böyük bir ərazini ələ keçirib və hələ də bununla kifayətlənməyərək, irəliləyirlər. Çünki dediyim kimi, adıçəkilən 3 aktor əvvəlki kimi güc sahibi deyirlər. Müxaliflər də onları daha zəif və əvvəlkindən daha müdafiəsiz gördüklərindən sui-istifadə edir.
Düşünürəm ki, bu hücumun sürəti Suriya hökumətini və regiondakı digər müşahidəçiləri belə təəccübləndirib. Heç kim beə sürətli irəliləyiş gözləmirdi".
Ağ Ev rəsmisi həm bu hadisələri, həm də Ukraynadakı hazırkı vəziyyətin bir daha Rusiya və İranın daha zəif strateji mövqedə olması ilə əlaqələndirib. O, bu zəifliyin Suriyadakı duruma daha dəqiq "yansıdığı"nı iddia edib.
Sullivan Hələb və İdlib şəhərlərinin müxaliflərin nəzarətinə keçməsinin ABŞ-ın bölgədəki hərbi qüvvələrinə risk yaradıb-yaratmaması barədə suala isə belə cavab verib: "Biz hesab edirik ki, hazırda İŞİD-lə mübarizə aparmaq üçün Suriyada yerləşdirilən qüvvələrimizə problem yoxdur. Bizim qüvvələr həm də o ərazilərdən xeyli aralıdadır. Yəni, risk altında deyillər. Bununla belə, bizim bölgədəki hərbi güclərimiz hələ də Suriya, İran və İraqdakı şiə milis qrupları tərəfindən təhdid altındadırlar. Biz onların müdafiəsini təmin etmək və onlara qarşı hücumlara cavab vermək üçün hər gün fasiləsiz çalışırıq”.
ABŞ-ın Hələbi ələ keçirən və paytaxt Dəməşqə doğru irəliləyən Heyət Təhrir əl-Şam (HTS) silahlı qruplaşmasını terror təşkilatı olaraq tanımasına gəldikdə isə, Sullivan deyib ki, təşkilat və onun planı ilə bağlı ciddi və əsaslı narahatlıqları var. Bununla yanaşı, o, HTŞ-ln hazırkı hücumunu seyr edəcəklərini gizlətməyib: "Biz hazırda onların fəlaiyyətinə müdaxilə etməyəcəyik. Hadisələrin qarşıda bizə və bölgəyə nə gətirəcəyini zamanla görüb, qərar verəcəyik".
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi