Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
01-12-2024 [00:13]
Qoç - uzaq səfərə yollanmaq, səyahət və ya macəra arzuları, illüziyalar sizi konkret işlərdən ayırmamalıdır. Gündəlik işlər darıxdırıcı olsa da, onları vaxtında yerinə yetirin. Bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında dünyagörüşünüzü artırmağa can atın. Sənədləşdirmədə diqqətli olun, çox kobud səhvlərin səbəbkarıl olmayın. Tapşırıqlara ciddi yanaşın. Vədlərinizi yerinə yetirin.
Yaşlı qohumlar, ailə üzvləri qayğı tələb edirlər. Axşam saatlarında yorğunluq hiss edə bilərsiniz.
Buğa - günün ilk yarısı önəmli işlər və ya irimiqyaslı layihə üçün əlverişli deyil. Situasiyanın çətinliyinə rəğmən aktivliyinizi artırın. Planlaşdırılmış görüş, müzakirə, anlaşma və ya sövdələşməni unutmayın.
Gəlirlər istisna deyil. Günün ikinci yarısında işdə statusunuzun artımı və ya karyera irəliləyişinizdə uğurlar ola bilər. Mübahisə və tənqidlərə varmayın. Borc pul almayın. Kredit ödənişini qulaqardına vurmayın.
Yaxınlarınızın davranışlarının müzakirəsi və onların nöqsanlarının sadalanması münaqişə vəziyyəti yarada bilər. Ailə üzvlərinə qarşı ədalətsizliyə yol verməyin. Sözlərinizi düşünüb deyin.
Axşam saatlarında yorğunluq hiss edəcəksiniz.
Əkizlər - ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalşıın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin.
Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait yaradın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın.
Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardın vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini sevindirin.
Xərçəng - uğura nail olmaq üçün addımlarınıza diqqət edin. Hər detala və xırdalığa fikir verməsəniz, ağır vəziyyətə urcah ola bilərsiniz. Fəqət, nəzarətlə şübhələrdə ifrata varsanız, yaxşı şansları itirəcəksiniz.
Günün ikinci yarısında gəlir əldə etməyə çalışmaqla yanaşı, mövqelərinizi möhkəmləndirin. Tərəfdaşlara güvənmək, onların məsləhətlərinə qulaq asmaq işlərinizdə irəliləyişlərə səbəb olacaq. Verdiyiniz vədləri yerinə yetirin.
Axşam saatlarında yaxınlarınızla təmaslar rahatlıq və rəvanlıq hissləri yaradacaq. Problemlərinizdən onları da hali edə bilərsiniz. Amma diqqətli olun: sizi yanlış anlamasınlar.
Şir - yeni ideyalara yetərincə diqqət yetirin. Yaradıcılıq planlarını reallaşdırın. Enerjili və aktiv olun. Yaşamın müxtəlif sahələrində maneələri dəf edərək məqsədə doğru qətiyyətlə gedin.
Günün ikinci yarısında maddi durum pis olmayacaq. Mükafat, ödəniş, əlavə gəlir istisna deyil. Qarşılıqlı anlaşma işgüzar tərəfdaşlar və həmkarlarla münasibətləri yaxşılaşdıra bilər.
Axşam saatları aktiv istirahət və təmasların fəallaşdırılması üçün münasibdir. İzafi sentimentallıq ziyandır. Subaysınızsa, aradığınız insanı tapa bilərsiniz.
Qız - yaxın ətrafınızdakı insanların davranışlarına fikir verin. Münasibətlərdə harmoniya və qarşılıqlı anlaşmaya can atın. Kobudluq, qabalıq, dissonans, mənasız sözlər və mübahisələr mənfi emosiyalar yaradacaq.
Günün ikinci yarısında yaradıcılıqla məşğul olun. Ətrafınızdakı insanlara təsir edin, hisslərinizi onlarla paylaşın.
Axşam saatlarında qohumlar, yaxınlar və dostlarla görüşmək olar. Pozitiv əhval və enerjinizdən onların da yararlanmasına imkan verin. Sevdiyiniz insana yardım etməklə özünüzü daha əmin hiss edəcəksiniz.
Tərəzi - köhnə tərfdaşlarla görüş ola bilər. Onlar sizə yeni layihəyə qatılmağı təklif edəcəklər. Peşəkar fəaliyyət sahəsində maraqlarınızı başqalarının istəyinə qurban verməyin.
Alış-veriş, investisiyalara, səyahət üçün münasib zamandır. Rəqabətə qatılın. Amma opponentlərə sərt təzyiq etməyin, yalan danışmayın.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətləriniz incə və qayğıkeş olsun. Hisslərinizi yaxınlarınızla paylaşa bilərsiniz. Yeni tanışlara çox inanmayın.
Əqrəb - aktiv olun. Manipulyasiyalara aldanmayın, işləri yaxşılaşdırmağa çalışın. Məqsədə çatmaq üçün qətiyyətli olun. Yaxşı tanımadığınız insanın dediklərini absolyut həqiqət saymayın.
Günün ikinci yarısında yeni təcrübə və əlavə gəlir mənbəyi istisna deyil. Kompromis qərarlar qəbul edəndə inadkarlıq etməyin. Mövqelərə yenidən baxmaq olar. Sevdiyiniz insanı daha yaxşı tanımaq üçün əlverişli zamandır. Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.
Oxatan - əhvalınızda dəyişikliklər olacaq. Ani hisslərin qurbanına dönməyin. Emosiyaların təsiri altında qərar verməyin. Gündəlik işlərlə məşğul olun. Ciddi hesablamalar tələb edən məqamı ertələyin.
Günün ikinci yarısında yaxşı ideyalar olacaq. Onları unutmayın. Uzunmüddətli səyahətə çıxmayın.
Şəxsi münasibətlərdə çoxdankı inciklik, qarşılıqlı iradlar gündəmə gələ bilər. Hisslərə qapılaraq düşünülməmiş addım atmayın. Axşam saatlarında bir qədər idmanla məşğul olun.
Oğlaq - başqalarının üstün cəhətlərini və yaxşı məziyyətlərini dəyərləndirməyə çalışın. Yeni dost, tərəfdaş qazanacaqsınız. Yumor hissiniz olsun, ən çətin situasiyalarda təmkininizi itirməyin. Bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında humanitar biliklərinizi artırın. Ailə üzvləri qayğı tələb edirlər. Yaxınlarınızla mübahisə etməyin. Ən xırda məsələlərə görə qıcıqlanmayın, aqressiv olmayın. Ötən münasibətlərin xatirələri sizi duyğulandırıb kövrəltməsin.
Dolça - yaxın ətrafınızdakı insanlar xidmətlərinizi və fərdi xüsusiyyətlərinizi yetərincə dəyərləndirəcəklər. Bütün çətinlikləri dəf etmək olar. Etibar etdiyiniz insanlar sizə problemlərin həllində yardım edəcəklər.
Günün ikinci yarısında ünsiyyətdə quru rəsmiyyətçiliyə yol verməyin. Alış-veriş, sərmayə yatırmaq, maliyyə əməliyyatları üçün uğurlu zamandır.
Pozitiv olsanız, ailə münasibətlərində irəliləyişlərə nail ola bilərsiniz. Əlaqələri inkişaf etdirmək, mövqeləri səbatlı etmək mümkündür. Subaysınızsa, romantik hisslərinizi gizləməyin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Balıqlar - məqsədlərə doğru tələsik irəliləyiş başqalarının maraqlarına ciddi zərbə vura bilər. Tərəfdaşlar fikir və hərəkətlərinizi anlamırlar. Üzr istəmək, bəraət aramaq məcburiyyətində qalmayın. Əsas məsələ maraqlarınızla həmkarlar və ya tərəfdaşların mənafeləri arasındakı həddi aşmamaqdır.
Günün ikinci yarısında maliyyə fonu pis deyil.
Axşam saatlarında ailə üzvləri və qohumlarla anlaşma xüsusi anlam kəsb edəcək. Azyaşlı qohumlarla qayğıkeş olun. Gələcəkdə yaxın dostuna çevrilə biləcək insanla qarşılaşa bilərsiniz.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi