Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-11-2024 [00:02]
Qoç - bu gün məhsuldar ideyalar sarıdan boldur. İşlərdə yaranan maneə və sədləri dəf edə bilərsiniz. Soyuqqanlı və təmkinli davranın. Adi günlərdən fərqli olaraq daha çox çalışmaq məcburiyyətində qalacaqsınız.
Günün ikinci hissəsində bədbinliyə qapılmayın, neqativ fikirlərdən uzaq olun. Bir qədər nəfəs dərin. Qısa istirahət karınıza gələcək.
Yaxınlarla təmaslarda səbrli davranın. Sözlərlə əməllər arasında uyğunsuzluq hiss edəndə onları sərt tənqid etməyin.
Münasibətləri təhlil etməyə tələsməyin. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Buğa - yaşananlara fərqli prizmadan baxın. Olaylara yanaşmada maddi ünsürlərin hər şeydən üstün tutulması məqbul deyil. Bu və digər hadisənin gerçək mahiyyətini anlamağa çalışın. Dürüst seçim edin.
Günün ikinci yarısı işdə rəhbərlik, müstəqil fəaliyyətdə isə nüfuzlu şəxslə təmaslar üçün məsləhət deyil. Yeni layihə və ya işə başlamağa tələsməyin.
Axşam saatlarında ailəvi gəzintiyə və ya səfərə çıxmaq olar. Yaxınlarınıza sevinc bəxş edin. Bədxərclik etməyin.
Əkizlər - yalnız başa vura biləcəyiniz və sona çatdırmaq iqtidarında olduğunuz işlərə başlayın. Həlini tapmaq zərurətində qaldığınız problemin çözümünü başqasına həvalə etməyin.
Günün ikinci yarısında intellektual potensial səviyyəniz yüksəkdir. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi çətinliyi aradan qaldıra bilərsiniz. Maliyyə əməliyyatları gəlir vəd edir.
Yaxınlarınızla ünsiyyətdə iradları sıralamayın. Belədə sevdiyiniz insanla münasibətlər korlana bilər. Axşam saatları əyləncə və istirahət zamanıdır.
Sakit şəraitə üstünlük verə də bilərsiniz.
Xərçəng - əlverişli vəziyyətdir. Başladığınız işlərdə uğur qazana bilərsiniz. Görüş və müzakirələr aparın, yeni layihələrə başlayın. Niyyətinizdə qəti olsanız, irəliləyəcəksiniz. Sonuclar gözləntilərinizdən də yaxşı ola bilər.
Günün ikinci yarısında müşküllərin çözümünə yaradıcı yanaşın. Ailə üzvləri sizi dəstəkləyəcəklər. Məişət qayğılarının sayı artsa da, onların asan həlli var.
Maraqlı insanla qarşılaşacaqsınız.
Şir - situasiyaya təsir etmək çətinləşir. Mövqeyinizi nəyin bahasına olursa-olsun müdafiə etmək cəhdlərinizi dayandırın. İmkanları əldən verməmək üçün səbatlı plana malik olmalısınız.
Günün ikinci yaırsında əhvalınız pozula bilər. Qıcıq, yorğunluq yaranacaq. Yaxınlarınızla təmaslarda diqqətli olun. Mənasız qısqanclıq apatiya ilə əvəzlənə bilər. Belə situasiyada ən yaxşı məqam axşam saatlarında normal istirahətdir.
Qız - bütün qüvvənizi effektiv fəaliyyətə yönəldin. Zəhmətinizə görə pul və ya təqdir ala bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Ən cəsur ideyalarınızı gerçəkləşdirə bilərsiniz.
Günün ikinci yarısında nikbin olmağınız məsləhətdir. Çətin məsələlərin həllində süst davranmayın.
Axşam saatlarında əylənməyə çalışın. Subaysınızsa, romantik görüş olacaq.
Tərəzi - maliyyə və sərmayə məsələlərində həddən artıq diqqətli olun. Maliyyə itkilərinə səbəb ola biləcək yanlış addımlar atmayın. Problemlərin həllində aktiv, eyni zamanda sərvaxt olun.
Günün ikinci yarısında uğura nail ola bilərsiniz. Çətinlikdən çıxmaq üçün pula ehtiyacınız var. Borc və ya kredit barədə düşünmək olar.
Ailədəki rəvan, harmonik situasiya sizə xoş təsir bağışlayacaq. Axşam saatlarında bir müddət tək qalmaq istəyinizi yaxınlarınız anlayacaqlar.
Onlar sizə mane olmayacaqlar. Dostlar və ya həmfikirlərlə görüşə bilərsiniz.
Əqrəb - realist olun. Ən kiçik problemdən sonra depressiyaya qapılmayın. Əlverişli şərtlərdən və sərfəli situasiyadan maksimal dərəcədə istifadə edin. Unutmayın ki, ən uzun yol ən kiçik addımdan başlayır. Qəti qərar verməkdən çəkinməyin.
Günün ikinci yarısında harasa pul yatırmağa, borc verməyə, habelə işgüzar tərəfdaş seçməyə tələsməyin. Yüz ölçüb bir biçin.
Axşam saatlarında ailə üzvləri sizdən planlarınız və niyyətləriniz barədə danışmağı istəyəcəklər. Qaba və kobud danışaraq onların xətrinə dəyməyin. Nə qədər çalışsanız da, dəyişərək ürəyinizi açan deyilsiniz.
Oxatan - yaxınlarınızla ünsiyyətdə qaba davranmayın. Problemlərin həllində ən asan və birmənalı təsir bağışlayan yolu seçməyin. Bəzən həqiqəti deməkdənsə bir qədər susmaq daha məsləhətlidir.
Günün ikinci yarısında qərarların qəbulunda diqqətli davranmağınız yaxşı effekt verə bilər. Məntiqli olun, yalnız öz maraqlarınızı düşünməyin. Belədə sonuc sizi sevindirəcək.
Dəyər verdiyiniz insanla bağlı önəmli məlumat alacaqsınız. Həmin informasiya ilə nə edəcəyinizə qərar verin.
Axşam saatlarında hər şey yaxşı olacaq. Önəm verdiyiniz insanlarla ünsiyyətdə həddi aşmayın. Gecikməmək üçün yola bir qədər tez çıxın.
Oğlaq - yaxşı, münasib zamandır. Tərif və ya təqdir gözləmədən çalışın. Hər şey dəyişə bilər. Bədbin əhval-ruhiyyəniz saatlar keçdikcə yaxşılaşacaq. Yaxın ətrafınızdakı insanlar zəhmətinizi dəyərləndirəcək, sizə yardım etməyə çalışacaqlar.
Günün ikinci yarısı danışıqlar və müzakirələr üçün əlverişlidir. Nüfuzlu insan və ya ciddi təşkilat irəliyə doğru əhəmiyyətli addım atmağınıza təkan verəcək.
Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın, amma bildiyiniz kimi davranın. Sevdiyiniz insanla təmaslarda qayğıkeş olun.
Dolça - gərəkli insanlarla normal, bir qədər emosional təmaslar qurun. İmkanlarınızı artırın, əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldin. Yaxın ətrafınızdakı insanların niyyət və istəklərini qulaqardına vurmayın.
Günün ikinci yarısında qərar qəbul edəndə tələsməyin. Situasiyanı yaxşıca götür-qoy edin. İndiyədək görmədiyiniz nüanslar və detallar sonradan çətin dəf ediləcək səddə çevrilməməlidir.
Yaxınlarınızla danışanda sərt olmayın. Onlara inanın, məsləhətlərindən faydalanın. Bu şəxslərin sözləri arasında pis olmayan ideyalar var.
Balıqlar - işlərdə uğura nail olmaq üçün diqqətlə çalışmalısınız. Ağır işlərin ertələnməsi və bir qədər dincəlmək fikrini unudur. Azadlığa ifrat tələbat duyduğunuzu düşünsəniz, işlərdə çətinliklər yaranacaq.
Günün ikinci yarısında görüş, məsləhətləşmə, danışıqlar uğurla başa çatacaq. Maliyyə məsələlərində sərvaxt olun.
Fikrinizi və mövqeyinizi ailə üzvlərinin nəzərinə çatdırmaq üçün qətiyyətli olun. Mövqelərinizdən geri çəkilməyin. Yaxınlarınızla təmasları qaydaya salın.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi