22-07-2014 [11:55]
Tanınmış jurnalist Romolo Martelloninin İtaliyanın nüfuzlu www.opinione.it və www.dailycases.it portalları üçün Azərbaycan Respublikası Prezidentinin İtaliyaya uğurlu səfəri və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı yazdığı məqalə böyük rezonans doğurub. İtaliyadakı erməni diasporu jurnalist Romolo Martelloninin "Dağlıq Qarabağla bağlı "mətbuatın susqunluğu” adlı məqaləsində yer alan faktların təkzib olunması üçün hərəkətə keçib. Ermənilər jurnalistə və hər iki saytın redaksiyasına təhdid xarakterli zənglər edir, məktub göndərirlər.
Romolo Martelloninin məqaləsini oxuculara təqdim edirik:
Dağlıq Qarabağla bağlı "mətbuatın susqunluğu”
Prezident Əliyevin iyulun 15-də başa çatan səfəri barədə bu günlər İtaliya mətbuatında çox danışıldı. Trans Adriatik boru kəməri və Azərbaycanın Roma şəhərindəki İmperial Forumların bərpası işlərinə vəsait ayırmaq niyyəti ən çox işıqlandırılan mövzular idi. Və əlbəttə ki, bizi Rusiya, Əlcəzair və Liviya kimi ölkələrdən asılılıqdan azad edə biləcək İtaliya hökumətinin Azərbaycan qazını İtaliya və Avropaya daşıyacaq boru kəmərinin sonuncu hissəsinin reallaşdırılması ilə bağlı yekun qərarı kiçik məsələ deyil. Necə ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin Prezident İlham Əliyevin iradəsi ilə atılmış xeyirxah addımını qiymətləndirməmək də mümkün deyil. O, 1,000,000 avro dəyərində ianə sazişi imzalamaqla Azərbaycan və onun xalqının təkcə ev sahibi olan ölkənin deyil, bütün bəşəriyyətə aid mədəniyyətin və abidələrin qorunması məsələsinə həssaslığını və hörmətini təsdiq etdi. Bu vacib məsələlər haqqında danışılması və onların təşviq olunması təqdirəlayiqdir. Təqdir olunmayan isə odur ki, əlbəttə daha az "qlamur” olan, ancaq digər məsələlərlə müqayisədə maksimum üstünlük verilməli olan mövzular haqqında alçaq səslə danışılır, bəzən isə üzərindən keçilir, xüsusən də bu cür vacib məqamlarda. Bəli, çünki, Avropanın bir çox digər ölkələrində olduğu kimi İtaliyada da Dağlıq Qarabağ haqqında danışmaq çətindir. Çox güman ki, İtaliya əhalisinin əksəriyyəti Dağlıq Qarabağ haqqında heç nə bilmir; heç bilmirlər ki, söhbət, harada yerləşdiyi haqqında təsəvvürləri belə olmayan yer adından gedir. İşğal, münaqişələr, soyqırımı kimi mövzular haqqında danışmaq, əlbəttə ki, "qlamur” və "münasib” deyil. Ancaq insanlar bilmək istəyir, insanlar bilməlidir. Mən Dağlıq Qarabağ münaqişəsinin "unudulmuş münaqişə” olması haqqında çox eşitmişəm, ancaq həqiqət başqadır. Həqiqət ondan ibarətdir ki, bu münaqişə haqqında danışmaq "senzura”ya məruz qalıb, hətta bu haqda danışmaqdan da qorxmaq lazımdır, çünki səni qeyri-obyektiv və ya daha pis – "manipulyator” hesab edə bilərlər. Bəlkə, münaqişəyə cəlb olunmuş ölkələrdən birinin əhalisinin əksəriyyəti xristiandır ona görə? Ancaq biz italyanlar heç vaxt öz dostlarımızı onların mənsub olduğu dinə görə seçmirik. Bəlkə biz iki tərəfdən heç birini narazı salmaq istəmirik? Ancaq bu vəziyyət, hər bir halda beynəlxalq hüquqa, hər şeydən öncə isə həqiqətə zərər yetirir. Həqiqət isə odur ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin nəticəsi olaraq bu gün Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkün yaşayır; və bu, danılmaz faktdır. Danılmaz faktdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20%-i 20 ildən artıqdır ki, ermənilər tərəfindən işğal olunub, baxmayaraq ki, beynəlxalq təşkilatlar dəfələrlə Ermənistana, işğalçı qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarmaqla bağlı xəbərdarlıq edib. Bu bir faktdır ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı dəstələri və ordusu çoxlu sayda mülki şəxsləri – 106-sı qadın və 83-ü uşaq olmaqla 613 nəfəri qətlə yetirərək Xocalı şəhərinin demək olar ki, bütün əhalisini qırıblar. Bütün bunlar əsaslı faktlardır, lakin biz bu haqda danışa bilmirik. Dağlıq Qarabağ məsələsi daha geniş məsələdir və əlbəttə ki, bir neçə sətirlə onun haqqında danışmaq olmaz. Lakin, bu haqda danışmaqdan qorxmaq lazım deyil. Müasir tariximizin bu böyük faciəsi arxasında gizlənən sükutdan qorxmaq lazımdır. Sükut ən təhlükəli silahdır, onun arxasında hər şeyi dəyişilməz saxlamaqla unutqanlığadək gətirib çıxarmağa çalışırıq. Bir xalqın, millətin tarixində, həmçinin öz yaxınlarını, evlərini, ləyaqətini-bir sözlə hər şeyini bir anda itirən qardaş, bacılarının həyatında yer alan bu açıq yaranı bir anda unuda biləcəyini necə düşünə bilərsiniz! Ötən həftələrdə, Prezident İlham Əliyev 2 mühüm tədbirdə – Strasburqda Avropa Şurasının Assambleyasında və ATƏT Parlament Aassambleyasının Bakıda keçirilən iclasında beynəlxalq ictimaiyyət qarşısında çıxış edərək xalqının çəkdiyi əziyyətləri, Dağlıq Qarabağdan olan məcburi köçkünlərin çətin şəraitini xatırlatdı. Hər şeydən öncə xatırlatdı ki, BMT-nin 4 qətnaməsinə, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və hətta ABŞ, Rusiya, Fransanın həmsədr olduqları ATƏT-in Minsk qrupunun qərarlarına baxmayaraq ermənilər beynəlxalq hüququ pozmaqda davam edirlər, beləliklə də Dağlıq Qarabağ münaqişəsi başlayandan indiyədək yaşanan acını daha da artırırlar. Onu da əlavə etmək istərdim ki, bu mövzu ilə bağlı "mətbuatın susqunluğu” istər-istəməz mətbuatı bu böyük ədalətsizliyin ortağına çevirir.
Mənbə: http://www.dailycases.it/silenzio-stampa-nagorno-karabakh/ və http://www.opinione.it/esteri/2014/07/19/martelloni_esteri-19-07.aspx
avrasiya.net
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi