Yarımcan olan xəstəyə niyə əlilik verilmir? - Şirvan sakini özbaşınalıqla bağlı Prezident və xanımına üz tutub
26-11-2024 [10:37]
Şirvan şəhər sakini Elmira Bayım qızı Babayevanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya şikayət ünvanlayıb.
Mia.az xəbər verir ki, şikayət məktubu Tezadlar.az saytında yayılıb.
Həmin şikayəti təqdim edirik:
"Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Şikayətim Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun özbaşınalığındandır. Bildirirəm ki, həyat yoldaşım - 04.01.1965-ci il doğumlu Xavandi Samit Sədulla oğlu beyin insultu keçirib. Yataq xəstəsidir, danışa bilmir, özü yemək yeyə bilmir və s. 22.09.2024-cü ildən 14.10.2024-cü ilədək Şirvan şəhər Mərkəzi Xəstəxanasında müalicə olunub.
Müalicə həkimi Elşən Qafarovdur. E.Qafarov həm də Həkim Məsləhət Komissiyasının üzvüdür. Mənim həyat yoldaşıma əlillik təyin olunmalıdır. Lakin həkim ağır vəziyyətdə olan xəstəni və bizi süründürməçiliyə saldı. Dörd dəfə onun qəbulunda olmuşuq. Təbii ki, həyat yoldaşımın müalicə həkimi olduğu üçün vəziyyəti ilə tanışdır. Lakin buna baxmayraq, hər dəfə bəhanə gətirərək komissiyaya gəlmə tarixinin növbəti cümə axşaml günlərinə təyin edirdi.
14.11.2024-cü il tarixdə Sizlərə şikayət ərizəsi ilə müraciət etdikdən sonra komissiya üzvü 22.11.2024-cü il tarixdə bizi qəbul etdi. Və Elşən Qafarov komissiya üzvü kimi özü özünü inkar etdi. Deyir ki, xəstənin vəziyyəti düzgün qiymətləndirilməyib. Xəstəyə 1-ci qrup əlillik təyin olunması üçün xəstə yenidən 1 həftə xəstəxanada yatmalıdır və yalnız 3 ay sonra onun əlillik məsələsinə baxıla bilər. Gah da deyir, xəstənin vəziyyəti Bakıda qiymətləndirilməlidir.
Əvvəla, xəstənin müalicə həkimi elə o, özü olub. İkincisi, bu vəziyyətdə olan xəstəni yenidən 1 həftə xəstəxanaya yerləşdirmək hansı məntiqə sığır? Halbuki xəstə qeyd etdiyim kimi, 22.09.2024-cü il tarixdən 14.10.2024-cü ildək xəstəxanada yatıb müalicə olunub. Ailəmizin maddi durumu çox acınacaqlıdır. Belə ki, 7 nəfərlik ailə (özüm, həyat yoldaşım, oğlum, gəlinim və 3 azyaşlı uşaq) bir mənzildə yaşayırıq. Ağır vəziyyətdə olan həyat yoldaşıma baxdığım üçün işləyə bilmirəm. Həyat yoldaşım demək olar ki, ölüm ayağındadır. Lakin həyat yoldaşıma əlillik verilməsi üçün komissiyada qəbul edib ona rəy vermək üçün bizi süründürürlər. Ölüm ayağında olan həyat yoldaşımı hər dəfə həkimə gətirmək üçün maddi və fiziki imkanım da yoxdur. Qeyd etdiyim kimi, xəstənin müalicə həkimi Elşən Qafarov özü olub, vəziyyəti ilə çox yaxşı tanışdır, bütün komissiya üzvləri də bunun şahidi olub. Hətta komissiya üzvlərindən biri Elşən Qafarova iradını da bildirdi ki, ayağa qalxa bilməyən bu xəstə niyə incidilir? Başa düşə bilmirik ki, Elşən Qafarovun bizi süründürməkdə məqsədi nədir?!
Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Xahiş edirəm, bizi qəsdən süründürən, get-gələ salan Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun fəaliyyəti araşdırılmaqla, barəsində müvafiq tədbir görülsün və həyat yoldaşıma əlillik təyin edilməsi üçün bizə yardımçı olasınız. Öncədən Sizlərə təşəkkürümü bildirirəm".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi