Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26-11-2024 [00:00]
Qoç - işlərinizə ciddi hazırlaşsanız, yaradıcı planlarınızı reallaşdıra bilərsiniz. İnformasiya, yaxud zəruri avadanlıq, alət, material çatışmazlığı hiss oluna bilər. Belə situasiyanın yaranmaması üçün tədbirli davranın.
Günün ikinci yarısında uzunmüddətli səfər və ya riskli layihə planlaşdırmayın. Emosiyalara yox, məntiqə əsaslanaraq hərəkət edin.
Ünsiyyətdə səmimi, qayğıkeş olun. Axşam saatlarına yaxın münasibətləri aydınlaşdırmağa çalışmayın. Təşəxxüslü, xudpəsənd olmayın. Yarana biləcək münaqişənin qarşısını alın.
Buğa - unutmayın ki, ən pis sülh ən yaxşı münaqişədən yaxşıdır. Konfliktli vəziyyət yaratmayın. Asılı olduğunuz insan və ya yaşlılarla mübahisələr etməyin. Sözlərinizi yumor hissi ilə qəbul etməyən insanla zarafata yol verməyin.
Uzaq yoldan və ağır fiziki işdən imtina edin.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə harmoniyaya nail olun. Qayğıkeş davranın, məsləhətlərə qulaq asın. Yaxın gələcəklə bağlı planlar qurun.
Axşam saatlarını istirahətə həsr edin.
Əkizlər - çoxdan diqqət tələb edən situasiyanı nizamlamaq olar. Bütün çətinliklərə rəğmən geri çəkilməyin, bədbinliyə qapılmayın. Alış-verişə çox pul xərcləməyin. Təmir və ya köç üçün əlverişli zamandır.
Günün ikinci yarısında maliyyə durumunuza fikir verin. Vəsaitə qənaət etməyə çalışın.
Yaxınlarınız sizi məişət problemləri və qayğılarla narahat edəcəklər. Münaqişələrdən birdəfəlik qurtulmaq mümkün deyil. Səhvləri vaxtında anlasanız, onların fəsadlarını azaltmaq olar. Təcili həllini tələb edən məsələlər var.
Xərçəng - günün ilk yarısında əhvalınızda kəskin dəyişikliklər ola bilər. Emosionallıq və aqressivlik ünsiyyətdə ciddi problemlər yaradacaq. Həddən artıq hissiyatlı davranış sizi illüziyaların əsiri etməsin. İfrat rasionallıq da zərərlidir.
Günün ikinci yarısında bahalı əşyalar almayın. İtkilərə yol verməmək üçün anlaşma, sövdələşmə və maliyyə əməliyyatlarını ertələyin.
Şəxsi həyatda emosiyalara rəğmən yaxınlarınız sizi dəstəkləyəcək, yardım edəcəklər. Axşam saatlarında bir qədər müstəqil qalın.
Lakin istənilən halda noutbuk və ya mobil telefon yaxşı "həmsöhbət" deyil.
Şir - günün ilk yarısında həddən artıq enerji hiperaktivliyə səbəb olmamalıdır. Ehtiyatlı olun, yaxın ətrafınızdakı insanların fikir və niyyətlərini anlamağa çalışın. Dəyər verdiyiniz insanın xətrinə dəyməyin.
Günün ikinci yarısında işlərdə ciddi maneələr yarana bilər. Ən mühüm işləri ertələməyin.
Mübahisələrdə nəyin bahasına olursa-olsun, qalib gəlməyə çalışmayın. Ailə üzvləri ilə təmaslarda təmkinli olun. Ailədə sakitlik önəmli məsələdir.
Hisslərinizə nəzarət edin.
Qız - günün ilk yarısındakı olaylar sizdən kommunikativ olmağı, bacarıqlarınızı nümayiş etdirməyi tələb edir. Məktub və sənədləri qaydaya salın. Yeni məlumatlar əldə edərək mövqelərinizi möhkəmləndirin. Qərarların qəbul sürətini artırın.
Günün ikinci yarısında çalışdığınız sahədə, gördüyünüz işdə böyük səhvə yol verməmək üçün sayıqlığı əldən verməyin.
Planlarınız və ya arzularınızı yaxınlarınızla bölüşmək istəyiniz normal anlaşılmaya bilər. Sükut məsləhətdir.
Aidə üzvlərinə pozitiv təsir edin.
Tərəzi - günün ilk yarısında mübahisələrə qatılmayın, münasibətlərin aydınlaşdırılmasında aktiv iştirak etməyin. Adi günlərdən fərqli olaraq yaxın ətrafınızdakı insanlar sizi anlamırlar. Onlar dediklərinizə inanmırlar. Münaqişə səbəbkarı olmayın.
Günün ikinci yarısında rəqiblərin davranışlarına fikir verin. Onlar sizə qarşı yeni plan hazırlayırlar. Yaxınlarınıza kömək edin, yardım istəyənə dəstək verin. Başqalarının fikirlərinə qulaq asmaq və deyilənlərə diqqətlə yanaşmaq gərəkdir.
Bu minvalla yaxınlarınızla münasibətləri korlanmaqdan qorumaqla yanaşı, yaxın gələcəklə bağlı yaxşı məsləhət ala bilərsiniz.
Əqrəb - qərar qəbul edəndə məntiqli olun. Aldığınız məsləhət ilk baxışdan qəribə təsir bağışlasa da, ona riayət edin. Bundan sonrakı fəaliyyətinizi planlaşdıranda alternativ məlumat mənbələrindən yararlanın. Uzaq gələcəklə bağlı planların yenilənməyə ehtiyacı var.
Günün ikinci yarısında ağır fiziki işə başlamayın. Aktiv olun, süst davranmayın.
Axşam saatları ailə üzvləri ilə birlikdə gəzinti üçün sərfəlidir. Vaxtınızı sevdiyiniz insanla keçirin. Səhhətinizə və xüsusilə də rasionunuza fikir verin. Yağlı və çox kalorili yemək yeməyin.
Oxatan - yaxın ətrafınızdakı insanlara ən sadə məqamları anlatmaq üçün çox vaxt gərəkdir. Aqressiv olmayın. Düşünməyin ki, onlar ən elementar, sadə nəsnələri anlamırlar. Mübahisələrə qatılmayın.
Günün ikinci yarısında kimsəyə nəyisə sübut etməyə çalışmayın. Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradların sayını azaldın.
Yaxınlarınızla təmaslarla məişət məsələləri yenidən gündəmə gələcək. Onlar çoxdankı vədlərinizi xatırlayacaq, verilən sözlərə əməl olunmasını istəyəcəklər.
Axşam saatlarına yaxın əhvalınız pisləşəcək. Normal istirahət edin.
Oğlaq - intellektual fəaliyyətdə diqqətli olun ki, müxtəlif səhvlərə yol verməyəsiniz. Ətrafınızdakı insanlarla ünsiyyəti bir qədər azaldın. Gərəksiz söhbətlər və yerinə yetirə bilməyəcəyiniz vədlər sizə qarşı olacaq.
Günün ikinci yarısında uzaq məsafələrə səyahəti təxirə salın. İdmanla məşğul olmağa çalışın.
Ailə üzvləri ilə ünsiyyətdə arqumentlərdən mütləq şəkildə xeyrinizə istifadə etməyə səy göstərməyin. Münasibətləri aydınlaşdırmağa can atmayın. Birgə fəaliyyətdə xeyir var.
Dolça - yaşanan situasiyada pozitiv məqamları görməyə çalışın. Birgə çalışdığınız insanların nöqsanlarını ön plana çıxarmayın. Vəziyyətin nüanslarını nəzərə alsanız, yaxşı nəticələrə nail ola bilərsiniz.
Uğur əhvalınızdan asılıdır.
Günün ikinci yarısında fikir ayrılıqlarına görə münasibətləri kəsdiyiniz adamla əlaqələri bərpa edə bilərsiniz. Sevdiyiniz insanla emosional danışmayın. Ailə üzvləri ilə təmaslarda səbrli olun.
Balıqlar - tənqidlər sizi bədbinliyə düçar etməməlidir. Opponentlərdən biri sizi təbdən çıxararaq niyyətinə çatmaq, istəyini gerçəkləşdirmək istəyir. Bu adama imkanlardan yararlanmağa imkan verməyin. Amma münaqişə də yaratmayın. Ehtiyatlı olun.
Günün ikinci yarısında yaxınlarınızdan birini suçlamayın. Yaxın gələcəklə bağlı planları ailə üzvləri ilə müzakirə edin. Uzaq səfərləri ertələyin. Travma riskli işlərlə məşğul olmayın. Qidalanmada mühafizəkar olun.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi