21-07-2014 [21:54]
İyulun 21-də Azərbaycan
Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
Nazirliyin Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati
binasında bu rayonun, eləcə də Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul
edib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, vətəndaşların müraciətlərində minik avtomobilləri və reabilitasiya vasitələri ilə təmin olunma, dövlət hesabına mənzillə təmin edilmək üçün növbəyə yazılma, əlilliyi olan şəxslərin bərpa-müalicəsinin təşkili, sosial xidmətə cəlb olunma, məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi və s. məsələlər əksini tapıb. Qəbul zamanı ünvanlı dövlət sosial yardımının, eləcə də əlillik dərəcəsinin təyin olunması barədə müraciət edən vətəndaşların sayı əvvəllərlə müqayisədə xeyli az olub.
Qeyd olunan məsələlərin araşdırılaraq qanunvericilik çərçivəsində həll edilməsi ilə bağlı tapşırıq verən S.Müslümov dövlət hesabına mənzillə təmin olunmaq istəyənlərin rayon (şəhər) icra hakimiyyətlərində növbəyə götürüldüyünü qeyd edərək bildirib ki, bu ilin ötən dövründə müxtəlif bölgələrdə 118 əlil və şəhid ailəsinə mənzil verilib: "Cənab Prezidentin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, cari ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mərhələli şəkildə mənzil, yaxud fərdi evlə təmin ediləcək”. Nazir bildirib ki, Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən biz son 3 ay yarımda artıq 1100 nəfər əlilliyi olan şəxsə minik avtomobili verilib: "Ümumiyyətlə, bu ilin əvvəlinədək növbədə olanların hamısı gələn ayın sonunadək avtomobillə tam təmin olunacaqlar”.
S.Müslümov nazirliyin tabeliyindəki 14 mərkəzdə son 6 ayda 3600 nəfərdən çox əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın bərpa-müalicə kursu keçdiyini, belə şəxslərin ümumilikdə 10 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edildiyini bildirib. "Nazirliyin Əlillərin Bərpa Mərkəzlərində müalicə almaq, həmçinin reabilitasiya avadanlıqları ilə təmin olunmaq üçün tələb olunan sənədlərin siyahıları nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) təqdim olunur. Əslində bu siyahılardakı sənədlərin sayı da çox deyil və onları təqdim etməklə müvafiq təminat növlərindən heç bir problem olmadan yararlanmaq olar”.
Qəbul zamanı nazir müraciətlərinə uyğun olaraq, bir sıra vətəndaşların məşğulluğunun təminatına köməklik göstərilməsi, ünvanlı yardım almaq və sosial xidmətə cəlb olunmaq hüququna baxılması, əlillik vəziyyətlərinin müəyyən olunması üçün müayinəyə cəlb edilməsi barədə tapşırıqlar verib. "Açıq qapı” şəraitində keçirilən qəbulda sorğu xarakteri daşıyan bir sıra müraciətlərlə bağlı müvafiq izahatlar verilib, həmçinin Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydə alınıb.
Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından qəbula yazılmış vətəndaşlar həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Quba rayonuna aparılıb gətirilmələri təmin olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi