TÜRKİYƏ XİN BAŞÇISINDAN QORXUNC ANONS: “Putin nə dedi?" - "Nüvə müharibəsi riski artıb, bu, artıq zarafat deyil”
23-11-2024 [22:58]
“Nüvə müharibəsi riski var, bu, artıq zarafat deyil”.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Hakan Fidan bir qrup jurnalistə eksklüzv müsahibəsində deyib.
Nazir "Qlobal müharibə başlayıbmı?" və "Nüvə müharibəsi təhlükəsini nə dərəcədə real hesab edirsiniz?" suallarına cavab olaraq bildirib ki, bir neçə gün əvvəl Rusiya lideri Putinin xalqa müraciətində dilə gətirdiyi xəbərdarlıqlar artıq bu savaşın başlanma astanasında olduğunu göstərir.
Nazirin sözlərinə görə, Ukrayna və Qəzzada davam edən müharibələrdə "fay xətləri" artıq böyük çat verib, dərinləşib, dünyada müəyyən aktyorları bir araya gətirən qütbləşməni artırıb: "Ona görə də indi müəyyən qanadlar bir-birini yaxından izləməyə başlayıb. Baxın, Şimali Koreyanın dünyanın o biri tərəfindən əsgərlərini döyüşə göndərərək aktiv bir aktora çevrildiyini görürük. Amerikanın əvvəldən Avropaya göndərdiyi silahlar açıq şəkildə böyük müharibənin tərəfdarı olduqlarını ortaya qoyub. Hazırda dünya gərgin iqtisadi, siyasi və qaynar bir müharibə içindədir. Sözün həqiqi mənasında dünya savaşı başlayıb. Müəyyən yerlərdə iqtisadi və siyasi müharibənin qaynar müharibəyə çevrilməməsi üçün var güclə çalışan ölkələr də var. Ancaq istər Rusiya, istərsə də Qərb - hər iki tərəf əlini gücləndirərək riski böyüdürlər.
Hesab edirəm ki, ABŞ-da Bayden iqtidarı, yəni, demokratlar seçki təzyiqi olmadan müəyyən məsələlərlə bağlı atmaq istədikləri addımları indi atırlar. Burada Ukrayna və İsraillə bağlı atılan addımları görürük. Burada nüvə riski varmı? Açığı, nüvə adı danışılmağa başladığı andan nüvə riski yaranır. Putin nə deyir? Deyir ki, “Əgər mənim ərazimə dözə biləcəyimdən daha çox raket və hücumlar etsəniz və əlimdə olan müdafiəı sistemləri ilə bunu dayandırmaq mümkün olmasa, nüvə silahından istifadə edəcəm. Başqa o silah nə üçün lazımdır ki? Putin bunu açıq deyir Və bu, artıq indi zarafat deyil. Qarşı tərəf, yəni, Qərb də deyir ki, o silahdan bizdə də var: "Sizin nüvə silahınız var və sırf nüvə silahınız var deyə, istədiyiniz ölkəni hədələyə, onu işğal etmənə icazə verməyəcəm". Bu, olduqca həssas mərhələdir.
Təbii ki, qərbliləri ən çox narahat edən məsələlərdən biri də rusların bu qədər əsgər müqabilində Şimali Koreyaya nə verdiyi və ya verəcəyidir. Bu, ona görə həm də vacibdir ki, Koreya yarımadasında bölgədəki mövcud tarazlığı pozacaq oyunu dəyişdirən bir addım atılacaqsa, yəni, savaş çıxacaqsa, bu dəfə Amerika və Qərb üçün əlavə cəbhə yaranacaq. Bütün bunlar isə bizim də hər an hər şeyə hazır olmağımızı şərtləndirir..."
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi