DİN ermənilərin vurduğu tərtərli haqda xəbər yaydı

img

21-07-2014 [15:38]


Daxili İşlər Nazirliyi Tərtər sakininin ermənilər tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, hadisə iyulun 19-da Tərtər rayonu Aşağı Çaylı kəndinin ərazisində qeydə alınıb.

Həmin ərazidə Səhləabad kənd sakini Mübariz Əliyev Tərtər çayında balıq tutarkən ermənilər tərəfindən açılan atəşdən ölüb.

Qeyd edək ki, M. Əliyevin meyiti çətinliklə ərazidən götürülərək ailəsinə təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA