Həsən Şirinov Prezidentin cəza verməsindən danışdı

img

21-07-2014 [15:18]


Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinov Prezident İlham Əliyevin Gürcüstanın Azərbaycandakı səfirliyində keçmiş prezident Eduard Şevardnadzenin vəfatı ilə bağlı anım mərasiminə gedən zaman yolda tıxacda qalması haqda bəzi mətbu orqanlarda yayılan məlumatları təkzib edib.

"Qafqazinfo" xəbər verir ki, H.Şirinov publika.az-a açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: "Hamısı boş şeylərdir. Ümumiyyətlə, belə hadisə olmayıb”.

Ötən həftə prezidentin kortejindən xaric edilməsi barədə yayılan məlumatlara da toxunan H.Şirinov bildirib ki, hazırda hər şey normaldır:

"Əvvəlki kimi hazırda da işimin başındayam. Hər şey normaldır. Yazılanlara əhəmiyyət vermirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA