“Qala Sığorta”, yoxsa “Paşa Sığorta”? - Üç dövlət qurumu, iki fərqli qiymət...

img

22-11-2024 [18:14]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (“Baktelekom”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC olub.

Yeniavaz.com xəbər verir ki, “Qala Sığorta” ASC “Baktelekom” əməkdaşlarının və ailə üzvlərinin 12 aylıq könüllü tibbi sığortası xidmətini təqdim edəcək.

“Baktelekom” ümumilkdə 96 nəfərin tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 25 min 920 manat ödəyəcək.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bir nəfərin tibbi sığortası üçün “Baktelekom” 270 manat xərcləyəcək.

Qeyd edək ki, ötən həftə “Aztelekom” MMC də ümumilikdə 203 əməkdaşının bir illik könüllü tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 54 min 810 manat və ya bir nəfər üçün 270 manat ödəyəcəyini açıqlayıb.

Məlumat üçün onu da bildirək ki, təxminən bir ay əvvəl Mərkəzi Bankın keçirdiyi analoji tenderin qalibi “Paşa Sığorta” ASC olub. Mərkəzi Bank ümumilkdə 1 549 nəfərin (əməkdaşlar və ailə üzvləri) tibbi sığorta xidməti üçün “Paşa Sığorta”ya 818 min 96 manat və ya bir nəfər üçün 528 manat ödəyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR