Nazir toplanan 840 milyonluq cərimədən danışdı: "Büdcəyə daxil olmur" - Ekspert və sabiq deputat "Hansı qurumlar cərimələri mənimsəyir?", - deyə sual edir
22-11-2024 [09:48]
“Hazırda yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək”.
Mia.az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bəzi hallarda cərimə yazılır, amma büdcəyə gəlmir: “Biz bu məsələyə nəzarəti gücləndirəcəyik. İcmal proqram təminatı vasitəsilə biz cərimələrin büdcəyə ödənilməsinə nəzarət edəcəyik. Büdcə təşkilatlarının 840 milyon manat daxilolmasını proqnozlaşdırırıq. Bunların əksəriyyəti cərimələrdir. Əsas vəsait bir neçə qurumun payına düşür. Birinci yerdə DİN-dir, ən çox cərimə onlardan daxil olur. İkinci yerdə İqtisadiyyat Nazirliyi gəlir. Bu nazirliyin tərkibində də bir çox qurumlardan cərimələr büdcəyə daxil olur. Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Ekologiya və Təbiii Sərvətlər Nazirliyinin burada payı var. Bu cərimələr büdcəyə gəlir”.
Maliyyə naziri deyir ki, cərimələrin büdcəyə daxil olması məsələsində problem var.
Necə olur ki, cərimələr büdcədən yayınır? Elə isə bu pullar hara gedir? Cərimələrin büdcəyə cəlb edilməsi üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, nazir ciddi mövzuya toxunub: “Vəzifəli şəxslərin səlahiyyəti var, onlar belə açıqlama verərkən, açıq şəkildə bəzi suallara da cavab verməlidir: niyə daxil olmur? Hansı qurumlar cərimələri mənimsəyir? Nə qədər vəsait büdcədən yayınır? Kimlərdir günahkar? Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür? Dövlət-hökumət qurumları, məmurlar səlahiyyət sahibidirlər, səlahiyyət isə məsuliyyət yaradır, müxalifətin məlumat bazasına çıxışı yoxdur, halbuki parlament partiyalarının belə bir imkanı olmalıdır. Olsa, məlumat əldə edib, kimin nəyi necə etdiyini göstərə bilərik. Əslində bu sualın cavabını elə maliyyə nazirinin özü verməlidir. Jurnalist və müxalifət nümayəndəsi sual vermək üçündür. Onun məlumat bazalarına çıxış imkanları məhduddur. Yetkililər bu suallara aydınlıq gətirməlidir. Nazirin sualının özü sual yaradır. Hökumət aydınlıq gətirsin ki, nazirin sadaladıqlarına görə məsuliyyəti kim daşıyacaq və kimlər cəzalandırılacaq”.
İqtisadçı, sabiq deputat Vahid Əhmədov isə deyib ki, ölkədə bir çox sahələrdə böyük məbləğdə cərimə tətbiq olunur ki, bu da əhalini narazı salır. Onun sözlərinə görə, nəqliyyatla əlaqədar cərimələrin sayı artırılıb: “Qanunda da göstərilir ki, cərimənin müəyyən hissəsi onu tətbiq edən təşkilatın, qurumun ixtiyarına verilir. Ola bilər ki, hansısa qurum bu cərimələri tam mənimsəyir və büdcəyə ödəmir. Ümumiyyətlə, cərimələrlə bağlı məsələyə yenidən baxmağa ehtiyac var. Cərimələrin tətbiq olunduğu sahələrin özünü doğruldub-doğrultmadığına baxmaq lazımdır.
Cərimələr o sahəyə tətbiq edilməlidir ki, orada əhalinin həyat şəraitinə, normal yaşamasına, sağlamlığına müəyyən qədər təsir edir. Ucdantutma bütün sahələrdə cərimələri ilbəil artırmaq doğru deyil. Məndə olan məlumata görə, il ərzində 7 milyarda yaxın büdcəyə cərimə daxil olur. Bakıda cərimələr daha çoxdur. Avtomobili saxlamağa dayanacaq tapmırsan. Aptekdən dərman almaq üçün avtomobildən düşürsən və qayıdıb görürsən ki, cərimə olunmusan. Bu məsələdə dünya ölkələrinin təcrübəsindən yararlanmaq lazımdır. Cərimələrin strukturuna baxmaq lazımdır. Mənim fikrimcə, müəyyən qədər güzəştlər olmalıdır. Cərimələrin büdcəyə daxil olmamasına gəlincə isə deyə bilərəm ki, cərimələr nazirliklərin və ya komitələrin büdcəsinə gedəcək də. Başqa hara gedə bilər ki? Bunu araşdırmağa nə var ki? Hesablama Palatası cərimələrlə bağlı araşdırma aparıb üzə çıxara bilər. Burada çətin heç nə yoxdur. Cəriməni ödəməyən quruma dövlət büdcəsindən həmin cərimə məbləğində ayrılan vəsait azaldılsın. Bu, maliyyə nazirinin əlində olan məsələdir, həll edilə bilər. Hesablama Palatasının sədri cəsarətli insandır, ona tapşırsınlar, o da tez bir zamanda həll etsin və desin ki, problem nədədir".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi