Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTOLAR
20-11-2024 [15:06]
Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Dillər Universiteti ilə birgə “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil müəssisələrinin pedaqoji kollektivi və gənclər iştirak edib.
Mia.az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları əl işlərindən ibarət sərgi ilə tanış olub.
Gənclər çay süfrəsi arxasında COP 29-la bağlı fikir mübadiləsi ediblər. Sonra dəyirmi masa arxasında müzakirələr davam edib. Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbiri giriş sözü ilə açaraq COP 29-un əhəməyyəti barədə geniş məlumat verdi.
Sonra Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev çıxış edərək bildirdi ki, iqlim dəyişikliyi ilə sülh və əməkdaşlığın bir-birinə fəlsəfi və siyasi-nəzəri səviyyədə bağlandırılması çox mühüm məqamdır. Ona görə ki, iqlim dəyişikliyi hər şeydən öncə dövlətlərin digərlərinə və təbiətə münasibətlərini müəyyən edən şüur məsələsidir. Dövlət başqa dövlətlərin maraqlarına və təbiətə necə yanaşırsa, ona uyğun olaraq iqlim dəyişikliyinə töhfəsini verir. Məhz bu məqamda həmrəyliklə humanitarlığın fəlsəfi mənası ön plana çıxır. Praktiki fəaliyyətdə İlham Əliyev həmrəylik xəttinin humantiralıq aspekti ilə münasibətlərinin əməkdaşlıq və paylaşma ilə əlaqəsini əyani sübut etmişdir.
Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Könül Qasımlının təqdimatında iqlim dəyişikliklərinin qlobal miqyasda təsirləri barədə videoçarx nümayiş etdirildi.
Daha sonra bir qrup tələbələr “Enerji siyasəti və yaşıl texnologiyalar” , “İqlim dəyişikliyində sosial ədalət” və “Azərbaycanda COP 29 çərçivəsində keçirilən ekoloji tədbirlər” mövzularında məruzə ilə çıxışları davam etdirdilər.
Tədbirin sonunda yekun sözlə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva gənclərə dərin minnətdarlığını bildirdi və qeyd etdi ki, gənclər hər zaman göstərdiyi bacarıqları, bilikləri, milli dəyərləri, qonaqsevərliyi və birlikləri ilə bu tədbirlərdə fəal iştirak edirlər. Onuda qeyd etməliyik ki, bu gün biz COP tarixində “Azərbaycan möhürü”ndən qürurla danışa bilərik. Bu, sülh, əməkdaşlıq, həmrəylik, humanitarlıq və tərəfdaşlıqla ekoloji faktorun bir-birini tamamlaması nümunəsi kimi dünya üçün yenilikdir. Bu cür qiymətləndirmənin kökündə ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi-diplomatik kursun dayandığını vurğulamalıyıq. Bunların fonunda keçən əsrin 90-cı illərində Heydər Əliyevin dürüstlüyü, humanitarlığı, ədalət və hüquqa üstünlük verməsi ilə müstəqil bir dövlətin başçısı olaraq beynəlxalq siyasət meydanındakı rolu bu gündə hiss edilir. “Əsrin müqaviləsi”ni nəinki imzalaması, sonra onu davamlı və qətiyyətlə vəd etdiyi kimi həyata keçirməsi göstərdi ki, dünya siyasətində real bir tendensiya yetişməyə başlayır. İndi bu məqamı dünyanın bütün ölkələrinin liderləri açıq etiraf edirlər. O etiraflar müxtəlif formada COP29-da da özünü göstərdi. Bu prinsiplərə paralel olaraq rəsmi Bakı regional, regionlararası və qlobal miqyasda əməkdaşlıq xəttini davamlı inkişaf etdirmişdir. Keçən əsrin enerji layihələrindən başlayaraq, yeni enerji layihələrini irəli sürmüşdür, qeyri-neft sektoru üzrə əməkdaşlığın təşəbbüskarı olmuşdur, bir sıra ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarını hazırlamışdır, ekoloji cəhətdən təmiz olan bərpaolunan və “yaşıl enerji” üzrə əməkdaşlığın regionda əsas təşəbbüskarı olmuşdur, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin dialoqu üçün güclü tədbirlər keçirmişdir, geniş bir geosiyasi məkanda haqq, ədalət və hüququn təmin edilməsi üçün müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində son dərəcə fəallıq göstərmişdir. Müxtəlif istiqamətlərdən olan güclü təsirlərə baxmayaraq, Azərbaycan rəhbərliyi sülh və əməkdaşlıq siyasətindən bir addım da kənara çıxmadı. Bununla tutduğu yolda qətiyyət və dəyanətlilik nümunəsi olduğunu bir daha göstərmiş oldu. COP29 həmin məqamı bütün məzmunu ilə təsdiq etməkdədir! Məsələ ondan ibarətdir ki, Azərbaycan üçün yeni tarixi mərhələ regionlararası miqyasdan qlobal miqyasa tərəfdaşlıq və əməkdaşlığın yeni platformalarını proyeksiya etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mənada COP29 bir başlanğıcdır. Daha güclü və geniş təsir imkanlarına malik Azərbaycan Respublikasının yeni mərhələdə tərəqqisinin başlanğıcıdır. Əziz gənclər, bu gün Sizlər yeni mərhələnin, yeni tərəqqinin başlanğıcında olan ən dəyərli qüvvəsiz.Biz inanırıq ki, həmişəki kimi hər zaman birliyinizi nümayiş etdirəcəksiz və ölkəmizi yaşıl dünya, güclü və sağlam mühitə nail olacaqsız. Sizlərin hər birinizə sağlam həyat arzu edirəm.
Sonda Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bir qrup fəal gənclərə Təşəkkürnamə verilərək xatirə şəkili çəkilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi